Tarix : 2011 Sep 12
Kod 25314

5-ci Əhl Beyt(ə) Assambleyası Konfransı işə başladı

Beynəlxalq Əhl Beyt (ə) Assambleyasının 5-ci iclası bazar günü assambleyanın 600 xarici üzvü və 400 yerli ziyalının iştirakı ilə işə başlayıb
well/Aran agentliyi

 

Beynəlxalq Əhl Beyt (ə) Assambleyasının 5-ci iclası bazar günü assambleyanın 600 xarici üzvü və 400 yerli ziyalının iştirakı ilə işə başlayıb.

Dünyanın hazırkı şəraitini, İslami Oyanış dalğasını və Əhl Beyt(ə) məktəbindən, Şiə təfəkküründən və İran İslam İnqilabından ilham almaq yolu ilə region ölkələrində formalaşan xalq hərəkatlarını nəzərə alaraq, iclasın ilk komissiyası İslami Oyanış məsələsi üzərində yaradılıb.

İclas iştirakçıları həmçinin, öz istək və baxışlarına əsasən Afrika, Amerika, Asiya, Ərəb və Orta Asiya komissiyalarından birində iştirak edə bilərlər.

Qadınlar Komissiyası və daha 3 komissiyanın(iqtisadi, siyasi-hüquqi və mədəni-təbliğat) iclaslarının təşkil olunması, 8 komitə formatında əlavə 3 komissiyanın keçirilməsi 4 gün davam edəcək iclasın digər proqramlarından sayılır.

Əhl Beyt(ə) Assambleyasının Baş Məclisinin iclası hər 4 ildən bir Assambleyanın ideya və məqsədlərini araşdırmaq məqsədi ilə keçirilir və iclas zamanı təşkil edilən müxtəlif toplantılarda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar öz nəzər və təkliflərini bəyan edirlər.

Əhl Beyt(ə) Assambelyasının baş katibi Məhəmməd Həsən Əxtəri assambleyanın Baş Məclsinin 5-ci iclası haqda deyib: Quran-Kərim, İslam dini, şəriət və İslam peyğəmbərinin(s.ə.s) təkidlərindən biri insanın səadətə çatması, inkişafı və iftixarıdır. Buna görə də biz inanırıq ki, İslam məktəbi bu gün ən aktiv və fəal din olaraq, bəşəriyyətin bugünkü və gələcək tələblərinə cavab verməyə qadirdir. Və bəşəriyyətin bütün nigaranlıqlarına və iztirablarına son qoya bilər. İstər fərdi, istər ictimai, istərsə də regional və ya siyasi baxımdan.

Məhəmməd Həsən Əxtəri əlavə edib: Hazırda İslami Oyanış dalğası genişlənərək, hətta qeyri-müsəlman ölkələrdə belə insanları hərəkətə gətirib və daha irəli gedərək, Avropa və Amerika qitəsini də öz təsiri altına alıb.

Ümumdünya Əhl Beyt(ə) Assambleyasının ilk iclası 21 il öncə Əhl Beyt(ə) aşiqlərindən olan və dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin iştirakı ilə Tehranda keçirilmişdi.

Ümumdünya Əhl Beyt(ə) Assambleyası bir qeyri hökumət və beynəlxalq təşkilat olaraq təsis edilib və bu Assambleyanın məqsədi Quran, İslam peyğəmbərinin(s.ə.s) itrəti və Əhl Beyt(ə) maarifinə əsasən dünyada İslam maarifini yaymaqdır.

Bu məsələni nəzərə alaraq, müsəlmanlar arasında birlik və vəhdətin gücləndirilməsi və genişləndirilməsi, xurafatdan və təəssübkeşlikdən uzaq olan həqiqi İslam mədəniyyətini və maarifini dünyaya yaymaq, müsəlmanları və Əhl Beyt(ə) davamçılarını himayə etmək Assambleyanın digər məqsədlərini təşkil edir.

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad Ümumdünya Əhl Beyt(ə) Assambleyasının 5-ci iclasında çıxış edərək, regionda cərəyan edən İslami Oyanış dalğasının yalnız müsəlmanlara aid olmadığını deyərək, vurğulayıb: Bu oyanış İslamın kölgəsində formalaşmış insani kimlik və mahiyyətin bərpasıdır.

M.Əhmədinejad əlavə edib: Kamil din Həzrət Məhəmməd(s.ə.s) tərəfindən bəşəriyyətə hədiyyə edildi və mən inanıram ki, Həzrət İsanı(ə) və Həzrət Musanı(ə) peyğəmbər olaraq qəbul edənlər elə həmin səbəblərə görə, Həzrət Məhəmmədi(s.ə.s) də tanımalı və ona iman gətirməlidirlər.

İran prezidenti çıxışının davamında deyib: İnsanların hidayət olunması və istiqamətləndirilməsi missiyası Əhl Beyt(ə) tərəfindən davam etdirildi və Əhl Beyt(ə) bəşəriyyətin duz yola hidayət olunmasında peyğəmbərin yolunu davam etdirmək missiyasına malikdirlər.

O, dünyada 3 milyard insanın yoxsul hesab olunduğuna işarə edərək, vurğulayıb: Hazırda yoxsul xalqlar ilə az saylı fəsada qurşanmış sərmayə sahibləri arasındakı fasilənin hər gün daha da artdığının şahidiyik. Hətta, yəhudi etnosunu müdafiə adı ilə ən ağır cinayətlərə yol verilir.

M.Əhmədinejad əlavə edib: Ola bilməz ki, bir nəfər Əhl Beyt(ə) aşiqi ola və bu şeytani zülm quruluşu qarşısında ayağa qalxmaya.

İran prezidenti sonda regionda baş verən son hadisələrə işarə edərək, deyib: İslami Oyanış yalnız müsəlmanlara aid deyil. Bu oyanış İslam sayəsində formalaşan insani kimliyin dirçəlişi və oyanışıdır.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 12