Bakıda bu gün siyasi məhbusların məhkəmələri həm hicab medafiəsinə görə həbs olunmuş dindarların həm İP-nin mitinglərində həbs olunmuş vətəndaşların məhkəməsi keçirilib
well/Aran agentliyi
Bakıda bu gün siyasi məhbusların məhkəmələri həm hicab medafiəsinə görə həbs olunmuş dindarların həm İP-nin mitinglərində həbs olunmuş vətəndaşların məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hicab qadağasına etiraz edib həbs olunmuş Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin növbəti məhkəməsi keçirilib.
Digər məhkəmə prossesində Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində etiraz aksiyası keçirən İP fəallarının məhkəməsi olub.