İran-Rusiya Parlamentlər arası Dostluq Qrupunun sədri Buşher Atom Elektrik Stansiyasının inşasını Tehranla Moskva arasındakı yeni əlaqələrin rəmzi adlandırıb
well/Aran agentliyi
İran-Rusiya Parlamentlər arası Dostluq Qrupunun sədri Buşher Atom Elektrik Stansiyasının inşasını Tehranla Moskva arasındakı yeni əlaqələrin rəmzi adlandırıb.
İRNA-nın məlumatına əsasən dostluq qrupunun sədri Mehdi Sənai deyib: Buşehr Stansiyasının inşa işlərinin həddən artıq uzanmasına baxmayaraq bu mərkəzin istifadəyə verilməsi iki ölkə arasında etimad yaratdı və əlaqələrin başqa sahələrdə də inkişafına yol açdı.
İran İslam Şurası Məclisinin üzvü Buşehr AES-nın inşasını İran dövlətinin sülhməramlı nüvə texnologiyasından istifadə etmək əzmində olmasının əlaməti sayaraq qeyd edib ki, bu stansiyanın işə salınması ilə Qərb dövlətlərinin İrandakı nüvə məsələsinə baxışları dəyişəcək.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü həmçinin Buşehr AES 2- stansiyasının inşa üçün planlaşdırıldığını xəbər verib və deyib ki, rəsmi Tehran bu stansiyanın inşası üçün Rusiya ilə yanaşı başqa variantları da nəzərdən keçirir.
Buşehr Atom Elektrik Stansiyası İranın cənubunda min meqavat gücündə istehsal qabiliyyətinə malik olaraq bu gün 40 faiz potensialı ilə istifadəyə verilib .
İstifadə verilmə mərasimində İran və Rusiya rəsmiləri iştirak ediblər.