Tarix : 2011 Sep 12
Kod 25336

Anar Qasımov: “Tural Abbaslının vicdan məhbusu kimi tanınması, əslində, Azərbaycan hakimiyyətinə ...

“Amnesty İnternational”ın Tural Abbaslını vicdan məhbusu kimi tanıması, əslində, Azərbaycan hakimiyyətinə bir mesajdır ki, beynəlxaq aləm onu günahsız insan kimi qəbul edir
well/Aran agentliyi

 

 “Amnesty İnternational”ın Tural Abbaslını vicdan məhbusu kimi tanıması, əslində, Azərbaycan hakimiyyətinə bir mesajdır ki, beynəlxaq aləm onu günahsız insan kimi qəbul edir. “Amnesty İnternational” hər şeyə görə vicdan məhbusu elan etmir. Həmin təşkilat yalnız hakimiyyət əleyhinə dediyi sözlərə görə, səsləndirdiyi fikirlər və bu kimi mövqelərinə, digər məsələlərə görə həbs edilənlərə bu statusu şamil edir. Biz prosesdə də qeyd etmişik ki, T.Abbaslı hakimiyyətə qarşı mövqeyinə görə, Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri  olduğu üçün və sair amillərlə bağlı qondarma cinayət işilə həbs olunub. Bu beynəlxalq mesajı məhkəmə də nəzərə almalıdır”. Bu sözləri T.Abbaslının vəkili Anar Qasımov “Dəyərlər”ə açıqlamasında bildirmişdir. Onun sözlərinə görə, müvəkkilinə belə statusun verilməsi gələcəkdə Avropa Məhkəməsi perspektivini artıran bir prosesdir. “Amma bizim hökumət vicdan məhbusu adını çox da önəmli saymır və əhəmiyyətli bir ad kimi görmür”, - deyə vəkil sonda vurğulamışdır.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Sep 12