Qazaxıstan Dəyanət İşləri Komitəsinin rəhbəri Qazaxıstan dövlətinin başörtüyünü qadağan etməyəcəyini və bu mövzuda məhdudiyyətin yaranmayacağını bəyan edib
well/Aran agentliyi
Qazaxıstan Dəyanət İşləri Komitəsinin rəhbəri Qazaxıstan dövlətinin başörtüyünü qadağan etməyəcəyini və bu mövzuda məhdudiyyətin yaranmayacağını bəyan edib.
İslamsng xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstan Dəyanət İşləri Komitəsinin başçısı Kayrat Lamşərif sentyabrın 8-də keçirilən mətbuat konfransında Qazaxıstan Məclisinin din işləri ilə əlaqədar qəbul edilən qərarları qiymətləndirərək məclisin hicabın qadağan edilməsi üçün heç bir qərar alinmayacağını qeyd edib.
O, dövlətin hicabı dəstəkləməsi mövzusunda bildirişini əsas götürərək İslami örtünmənin ölkədə tanıdılmasının lazımlı olduğunu da ifadə edib.
Xatırladaq ki, artıq neçə ildir Qazaxıstanda məktəblərdə hicabın qadağan edilməsi mövzusu gündəmdədir.