Tarix : 2011 Sep 13
Kod 25354

Analar prezidentə müraciət etdilər

“Bu bir dərdimizdir, o biri dərd isə hakim Ənvər Seyidovun savadsızlığıdır”
well/Aran agentliyi

“Bu bir dərdimizdir, o biri dərd isə hakim Ənvər Seyidovun savadsızlığıdır”

Səid Dadaşbəylinin “dəstəsinin” işi üzrə İctimai Müdafiə komitəsi ölkə prezidenti İlham Əliyevə müraciət ediblər. Komitədən qafqazinfoya daxil olan müraciətdə bildirilir ki, onlar ana olaraq bir neçə dəfə prezidentə müraciət ediblər. Onlar prezidentdən ədalətin bərpasına yardımçı olmağı xahiş ediblər: “Əvvəlki məktublarımızda yazdığımız kimi, bizim övladlarımız siyasi sifarişli və saxtalaşdırılmış iş üzrə həbs olunub, günahsız olaraq ağır cəzalarla məhkum olunublar. Bu bir dərdimizdir, o biri dərd isə hakim Ənvər Seyidovun savadsızlığıdır, çünki Azərbaycanda 13 yanvar 2007-ci il tarixində dövlət çevrilişi olmayan halda və iş materiallarında baş vermiş dövlət çevrilişi barəsində söhbət getmədiyi halda o bizim övladlarımızı məhz “ baş vermiş dövlət çevrilişi” maddəsi CM-nin 278 maddəsi ilə 12-14 il cəzasına məhkum etdi. Bu da absurddur, çünki bu yaxınlarda Türkiyədə generallardan tutmuş 190 nəfər hərbiçi, əllərində real imkan, hakimiyyət və ordu olan halda yüngülləşdirici “dövlət çevrilişinə hazırlıq” maddəsi ilə məhkum olunduğu halda, bizim övladlarımız adi sıravi vətəndaşlar ikən, siyasətdən, hərbi və məmur vəzifələrdən uzaq olan, dövlət çevrilişi etmək fikirləri olmaya-olmaya “real baş vermiş dövlət çevrilişinə” aid olan yeganə maddə ( CM-nin 278 maddəsi ilə) kiminsə sifarişi ilə əsassız olaraq, ağır cəzaya məhkum olunublar.

Cinayət məcəlləsinin tətbiq prinsiplərini kobudcasına pozan hakim Ənvər Seyidov “dövlət çevrilişi” ( 278 CM) maddəsini tətbiq etmək üçün iş materiallarında olan əsasən dörd epizoda istinad edib. İş üzrə həbs olunanların bir qisminin fikri var idi ki, “paintball” idman federasiyasını açsınlar. Lakin təcrübələri olmadıqlarına görə “paintball” oyunu üçün lazım olan hərbi bilikləri əldə etmək lazım idi ona görə onlar Azərbaycanın milli qəhrəmanı İbrahim Məmmədov adına xeyriyyə cəmiyyətini “İbtidai hərbi hazırlığı” rəsmi nəzəriyyə kurslarına bir neçə dəfə, eyni zamanda DİN-in idman cəmiyyətinin atıcılıq tirinin rəsmi kurslarına da bir neçə dəfə getmişdilər. 20 may 2006-cı il tarixində Azərbaycan Televiziya kanallarında reklam elan olundu ki “ beynəlxalq əyləncə mərkəzində” və “Delfin otelində paintball” federasiyası açılıb. Bu reklamdan sonra artıq yuxarıda göstərilən kurslara getməyə mənası yox idi, çün ki “paintball” federasiyasını elə insan açıb ki, onunla konkurensiya etmək ağılsızlıq olardı. Hakim Ənvər Seyidov bu iki kurslara getməklərinin səbəblərini araşdırmadan, cinayət kimi qiymətləndirmişdir. Biz isə Ədliyyə Nazirliyinə və Dövlət Daxili İşlər Nazirliyinə sorğu göndərdik və iki rəsmi cavab aldıq ki, övladlarımızın kurslara getdiyi təşkilatlar tamamilə qanunidir, biri Daxili İşlər Nazirliyinin nəznindədir, o biri isə Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatındadır. Bu öz növbəsində sübut edir ki, bu iki epizodu cinayət sayan Ənvər Seyidovun CM-nin 278 və 218 maddəsi üzrə çıxartdığı ittiham hökmü əsassızdır. Üçüncü epizod İstintaq tərəfindən uydurulmuş “NİMA” icmasına aiddir, quya bizim övladlarımız bu təşkilatın üzvləri idilər. Konstitutsiyaya əsasən əgər qadağan olan təşkilat fəaliyyət göstərirsə, onun fəaliyyəti məhkəmə yolu ilə xitam olunmalıdır. Uydurulmuş “NİMA” təşkilatı nə Ədliyyə Nazirliyinin nədə Vergi Nazirliyinin rəsmi qeydiyyatlarından keçməyib nə məhkəmə yolu ilə onun fəaliyyəti xitam olunmayıb, nədə ki bu təşkilat dünyanın və Azərbaycanın ekstremist təşkilatlar siyahısında mövcud deyil. “ NİMA” icmasına dair göndərdiyimiz sorğunu Ədliyyə Nazirliyi Vergilər Nazirliyinə ünvanlandırıb və oradan da biz rəsmi cavab almışıq ki, “NIMA” adlı təşkilat rəsmi qeydiyyat reyestirindən heç vaxt keçməyib. Bu da üçüncü epizodun uydurduğu saxta hökmünə əsasən CM-nin 218 –ci maddəsi üzrə çıxarılmış ittiham hökmün əsassızlığını bildirir.

Dördüncü epizod kitablar ekspertizasına aiddir.

Möhtərəm Prezident! Sizdən artıq dərəcədə xahiş edirik ki, bu saxta cinayət işinin qurbanları olan övladlarımızın azadlığa buraxılmasına sərəncam verəsiniz və məhkəmə hökmü ilə ekspertiza rəyini saxtalaşdıranları cəzalandırasız”.

Müraciəti komitənin üzvləri - Kazımova İlhamə, İdrisova Lyubov, Kərimova Səadət, İsmayılova Dürdanə, Kərimova İradə, Mehbalıyeva Ruslana, Əliyeva Güney, Ağayeva Həqiqət, Məmmədova Zemfira, Quliyeva Fəridə və Komitənin sədri Qarayeva Qətibə imzalayıb.

  • Yazılıb
  • da (də) 2011 Sep 13