Tarix : 2011 Sep 14
Kod 25365

Araz Əlizadə: “Amerika elə bir külək səpib ki, qasırğasını sonra görəcək”

Liviyada gərgin hadisələr bir cür dayanmaq bilmir
well/Aran agentliyi

 

Liviyada gərgin hadisələr bir cür dayanmaq bilmir. Artıq Qəzzafinin digər oğluna da Niger siyasi sığınacaq verib. Müvəqqəti Keçid Şurası isə demək olar ki, bütün ölkə böyü nəzarəti ələ alıb. Keçmiş Liviya diktatorunun isə harada olmasından xəbər yoxdur. Bəlkə Qəzzafinin sonu çatıb? ASDP həmsədri Araz Əlizadə Qəzzafinin sonu haqqında danışmasa da, Qərbin bölgədəki roluna toxunmuşdur. Deyerler.org-a açıqlamasında A.Əlizadə bildirmişdir ki, Amerika burada “etdikləri”nin “bəhrə”sini görəcəkdir:“Qəzzafinin sonu çatdı deyəndə... Məni başqa mövzu maraqlandırır. Liviyada hazırda bu ölkəyə iş dalınca gələnlər Qərbin köməyilə liviyalılara qalib gəldilər. Bu o deməkdir ki, liviyalılar özlərini ikinici dərəcəli adam kimi hiss edəcəklər. Bu da onu göstərir ki, Qərb hər hansı ölkədə onun daxildəki hər hansı qüvvədən istifadə edib onları silahlandırır, onlara hərbi yardım edir. Bununla da həmin ölkəni öz itaəti altına keçirir. Amma ABŞ burada çox böyük səhv etdi. Misirdə də, Yəməndə də, Liviyada da hakimiyyətə İslami qüvvələr gələcək. Amerika elə bir külək səpib ki, qasırğasını sonra görəcək”.

Deyerler

  • Yazılıb
  • da (də) 2011 Sep 14