''Azəribaycan birləşməlidir, paytaxt Təbriz olmalıdır
well/Aran agentliyi
Azadxeber.az saytının "İran.ru" saytına istinadən bildirdiyinə görə, Sentyabrın 12-si Anti-İran aksiyası İran səfirliyinin qarşısında alınmadı. "İçərişəhər" metrosunda yığışan bir qrup Amerika pərəst cavanlar İran səfirliyinin qarşısına yürüş etmək istərkən polis qüvvələri tərəfindən maneələrlə rastlaşıblar. Polis qüvvələri aksiyanın keçirilməsinə mane olaraq Səfirliyə tərəf gedişi tamamilə bağlayıb. Səfirliyə tərəf gedə bilməyən cavanlar şüarlar səsləndirərək Azəribaycan birləşməlidir paytaxt Təbriz olmalıdır, Urmiya can verir deyib insidentsiz dağılışıblar.