Türkiyə xalqı NATO raket sisteminin bu ölkədə yerləşdirilməsinə etiraz olaraq aksiya keçirib. Bu aksiyada Şimali Atlantik Alyansı NATO-nun bayrağı yandırılıb
well/Aran agentliyi
Türkiyə xalqı NATO raket sisteminin bu ölkədə yerləşdirilməsinə etiraz olaraq aksiya keçirib. Bu aksiyada Şimali Atlantik Alyansı NATO-nun bayrağı yandırılıb.
İRNA-nın məlumatına əsasən, Türkiyənin şimal bölgəsində yerləşən Tokat şəhərində müsəlmanlar Amerika siyasətlərinə və NATO-nun bu ölkədə raket sipəri yerləşdirməsinə etiraz olaraq küçələrə axışıblar. Onlar bu aksiyada bu məsələyə olan münasibətlərini NATO bayrağını yandırmaqla elan ediblər.
Aksiyaçılar ABŞ və sionizm əleyhinə şüarlar verərək sonda bir bəyanat yayıblar. Bəyanatda bu ölkə hakimiyyətinə bildirilib ki, Türkiyə torpaqlarında NATO-nun RƏM sistemini yerləşdirməsinə icazə verməyəcəklər.
Türkiyənin 10 islamçı təşkilat nümayəndəsi də ötən həftə Türkiyə dövlətinin bu ölkədə raket sistemi yerləşdirilməsinə razı olmasına narazı olduqlarını elan etmişdi. Onlarınm fikrincə, bu sistemin Türkiyədə quraşdırılmasında əsas məqsəd Amerika və sionizmin İslam ölkələrini mühasirəyə almaq olduğu hamıya məlumdur.
Bundan əvvəl də İran XİN rəsmisi Ramin Mehmanpərəst də demişdi ki, İran İslam Respublikasının fikrincə NATO-nun Türkiyədə raket sistemi yerləşdirməsi orada heç bir sabitlik və təhlükəsizlik yaratmır, əksinə bu ölkənin təhlükəsizliyini də poza bilər.