well/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, İran İslami Şura Məclisinin spikeri Əli Laricani, Azərbaycan Respublikası Parlamentinin sədri Oqtay Əsədova məktub ünvanlayaraq, ondan “Fələstinin azadlığı” mövzusunda Tehranda keçiriləcək konfransa dəvət edib. Bunu “İrna” agentliyinə açıqlamasında İranın Bakıdakı səfrinin müşaviri Seyyid Məhəmmədəli Şəmsipur bildirib. “Fələstinin azadlığı” adlı bu konfransa dünyanın bir çox ölkələrindən, o cümlədən Misir və Tunis inqilabçıları da qatılacaq.