Livan Hizbullahının Qadınlar Şurasının sədri və Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının üzvü xanım İfaf əl-Həkim Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasını böyük zülm adlandırıb ...
well/Aran agentliyi
Livan Hizbullahının Qadınlar Şurasının sədri və Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının üzvü xanım İfaf əl-Həkim Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasını böyük zülm adlandırıb və Beynəlxalq Əhli-Beyt Assambleyasına üzv qadınların bu respublikanın müsəlman xalqının hüququnu dəstəkləməsini vurğulayıb.
Beynəlxalq Səhər kanalının müxbirinə müsahibə verən xanım İfaf əl-Həkim bildirib: Mən Beynəlxalq Əhli-Beyt Assambleyasından və dünyanın bir çox qadınlarının iştirakı ilə Tehranda keçirilən bu təşkilatın 5-ci konfransının iştirakçısı kimi Azərbaycandakı bacılarımızı dəstəklədiyimi bildirirəm.
Livan Hizbullahının Qadınlar Şurasının sədri vurğulayıb: Azərbaycanda bacılarımızın və müsəlman ailələrin başına gələn hadisələrdən heyrətə gəldim. Onlara qarşı tətbiq olunan bu qadağalar müsəlman insana qəbul etdirilməsi mümkün olan ən böyük zülmlərdəndir.
İfaf əl-Həkimin sözlərinə görə, hicab qadağası və qız şagirdlərinin hicabı qorumaqla məktəbə gedə bilməməsi şübhəsiz böyük zülmdür.
Livan Hizbullahı Qadınlar Mərkəzi Şurasının sədri habelə əlavə edib: Bacılarımız səbirli olmalıdırlar və öz məqsədlərinə çatmaq yolunda davamlı olaraq təsirli ola biləcək tədbirlər görməlidirlər. Çünki hicabı qorumaq qanuni və zəruri məqsəddir. Hicab müsəlman insan üçün zəruri ehtiyacdır. Çünki müsəlmanlar hicabsız yaşaya bilməzlər. Müsəlman qadın hicabsız necə yaşaya bilər və bu mənəvi hisslər olmadan izzət və kəramətə çata bilər?
Xanım İfaf əl-Həkim söyləyib: Mən Livandakı islami müqavimətin nümunəsini Azərbaycan Respublikasında bacılarım üçün irəli sürürəm. Livan yer kürəsində kiçik bir ölkədir. Livanda islami müqavimət də bu ölkədə kiçik bir nöqtədir. Lakin islami müqavimət möhkəm səbir, agahlıq, hikmət, əməkdaşlıq və öz rəhbərinin öncüllüyü ilə İsrail rejimi və ABŞ-ı dizə çökdürə bilib. Hazırda ABŞ və İsrail rejimi qorxu içərisində günlərini başa vururlar. Sionistlərə baxın. Onlar Livan Hizbullahının hər növ həssaslığından təlaş içərisindədirlər.
Livan Hizbullahı Qadınlar Şurasının sədri müsəlmanlara qarşı sionist rejimin cinayətlərinin ABŞ tərəfindən hərtərəfli dəstəklənməsinə toxunaraq deyib: Biz islamımızı itirəriksə, hər bir şeyimizi itirmiş olarıq. Vəhdətimiz olmalıdır ki, tələb və hüquqlarımızı əldə edə bilək. İnşallah.