Livan Hizbullahının sədr müavini Şeyx Nəim Qasim Azərbaycan Respublikası xalqına qarşı təzyiqləri pisləyib
well/Aran agentliyi
Livan Hizbullahının sədr müavini Şeyx Nəim Qasim Azərbaycan Respublikası xalqına qarşı təzyiqləri pisləyib.
Şeyx Nəim Qasim Beynəlxalq Səhər kanalının müxbiri ilə müsahibədə deyib: Azərbaycan Respublikası xalqının haqqı var ki, dinc şəkildə etiraz etsin. Hökumət də qəbul etməli və dinləməlidir. Çünki xalqın nümayəndəsidir.
Livan Hizbullahı rəhbərinin müavini bildirib: Azərbaycan Respublikası və hicab barəsində eşitdiyimiz hallar və səhnəni islami örtük üçün dar edən qanunların təsdiqlənməsi tam şəkildə insan haqlarına qarşıdır və dünyada heç bir ölkədə qəbul ediləsi deyil. Əgər dini cəhətdən də bu məsələyə diqqət yetirəriksə, hicab qadağası insan haqlarına ziddir.
Şeyx Nəim Qasim Azərbaycan Respublikası orta məktəblərində hicabın azadlığı üçün bu respublika xalqının tələbinə etinasızlıq barəsində belə söyləyib: Nə üçün xalqın istədiyini onlara vermirlər? Bu növ davranış, onların nümayəndəlik və yerini sual altına aparır. Bu xalqın haqqıdır ki, mömin olsunlar yaxud olmasınlar. Bu onların özlərinə aiddir. Allah buyurur ki, dində zərurət yoxdur. Hər bir qadın hicablı olub-olmamasında azaddır. Hər bir insan namaz qılıb-qılmamaqda azaddır. Hər bir insan islami təlimləri yerinə yetirib-yetirməməkdə azaddır. Hər bir xalq azadlıqlara malik olmaqda, öz etiqadlarını bildirməkdə, təbii şəkildə məktəblərdə təhsil almaqda, öz müzakirələri və iclaslarında söhbətlər etməkdə, bayramlar və öz görüşlərində azad şəkildə və hökumətlərin təzyiqləri olmadan rəftar etməkdə haqlıdır.