Tarix : 2011 Sep 14
Kod 25376

Qafqazın İrandan ayrılması romana çevrildi

Qafqaz və Dağıstanın İrandan ayrılması Seyid Haşim Hüseyninin yeni romanının mövzusudur. Əsər Ədəbi-Bədii İncəsənət Mərkəzinə təhvil verilmişdir
well/Aran agentliyi

 

Qafqaz və Dağıstanın İrandan ayrılması Seyid Haşim Hüseyninin yeni romanının mövzusudur. Əsər Ədəbi-Bədii İncəsənət Mərkəzinə təhvil verilmişdir.

Seyid Haşim Hüseyni dedi: “Bu kitab “Doxtəri kuhistan” (Dağ qızı) adı altında Ədəbi-Bədii İncəsənət Mərkəzinin hekayələr və romanlar seminarına təhvil verilmişdir. Kitabda İran-Rusiya müharibəsi zamanı Qafqaz və Dağıstanın İrandan ayrılmasından söhbət açılır”.

Yazıçı kitabın mövzusu barədə artırıb dedi: “Romanda atası tərəfindən dağlıq bir məntəqəyə aparılmış qızdan söhbət açılır. O qız burada nənəsi ilə yaşayır. Nənəsi ona həmin məntəqə barədə hekayələr danışıır. Bir növ hekayə içində hekayə olur və kitab beləcə irəli gedir”.

“Golsəng”in müəllifi sözü gedən romanın həcminin bundan qabaqkı əsərlərə nisbətən daha böyük olmasına işarə edərək dedi: “Dastanın mətni kommunist inqilabı və Qızıl Ordu ilə ağqvardiyaçılar arasındakı vuruşmalara qədər davam edib. Həmçinin romanın mətnində məntəqə xalqlarının Dağıstanlı Şeyx Şamilin başçılığı ilə qiyamına da işarə olunubdur. Şeyx Şamilin qiyamının əhəmiyyət və rolunu daha artıq cilvələndirməyə, dastandakı şəxsiyyətlərlə əlaqəlndirməyə çalışmışıq”.

Yazıcı “Romanın həqiqi şəxsiyyəti dağ qızıdır. Amma oxucuda daha artıq təsir qoymaq üçün mətndə tarixi hadisə və hekayələr də yerləşdirmişik” deyərək, sözünə davam etdi.

Seyid Haşim Hüseyni, inqilabi hekayələrin festivalın İslam İnqilabı ədəbiyyatının təşviqi üçün nə qədər təsirli olması barədə dedi: “Bu festival İslam İnqilabı ədəbiyyatı sahəsində yazıların sürətlənməsinə səbəb olur. Amma onun son nəticəsini görmək üçün gərək fürsət verilsin və hələ bu barədə danışmaq tezdir”.

  • Yazılıb
  • da (də) 2011 Sep 14