Tarix : 2011 Sep 14
Kod 25377

Naxçıvan DİN Bakıdan gələn nümayəndə heyətinə MR-i tərk etməyi tövsiyə edib

Naxçıvan İctimai Təhlükəsizlik İdarəsi Bakıdan gələn hüquq müdafiəçiləri və jurnalistlərdən gəldikləri yerə geri qayıtmağı tələb edib
well/Aran agentliyi

 

Naxçıvan İctimai Təhlükəsizlik İdarəsi Bakıdan gələn hüquq müdafiəçiləri və jurnalistlərdən gəldikləri yerə geri qayıtmağı tələb edib. Bu barədə nümayəndə heyətinə DİN-in adını açıqlamayan nümayəndəsi bildirib. O, tələbini "ombudsmanın Bakıdan gələnlərin özlərini pis apardığı haqqında şikayət daxil olması" ilə əsaslandırıb. "Buna görə sizə gəldiyiniz yerə geri dönməyi tövsiyə edirik", deyə Naxçıvan polisi bildirib.

Ən maraqlısı budur ki, bundan bir neçə dəqiqə əvvəl ombudsman aparatından nümayəndə heyəti üzvlərinə sabah səhər saat 10-da onları qəbul etməyə hazır olduqlarını deyiblər.

  • Yazılıb
  • da (də) 2011 Sep 14