Tarix : 2011 Sep 14
Kod 25378

Əbiyev və Sadıxov tərəfdarları arasında “sülh sazişi”? – EKSKLÜZİV

Ötən həftənin bazar günü (sentyabrın 11-də) Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabiti arasında görüş keçirilib. Bu barədə “MilAz” İA-ya hərbi mənbələrdən məlumat verilib
well/Aran agentliyi

 

Ötən həftənin bazar günü (sentyabrın 11-də) Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabiti arasında görüş keçirilib. Bu barədə “MilAz” İA-ya hərbi mənbələrdən məlumat verilib. Qeyd olunur ki, görüşdə son vaxtlar Müdafiə Nazirliyinin rəhbərliyi daxilində yaranmış qarşıdurma meylləri və onların aradan qaldırılması yolları müzakirə olunub.

Görüşdə müdafiə naziri Səfər Əbiyev də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıxovun tərəfdarı olan 10-a qədər yüksək rütbəli zabit iştirak edib.

“Aparılan müzakirələrin mövzusundan, səslərin tonundan aşkar görünürdü ki, rəhbərlikdə davam edən qarşdurma daha çox komanda üzvlərini təşvişə salıb. Bildirildi ki, nazirliyin rəhbərliyində hər hansı dəyişiklik olsa bundan hər iki komanda əziyyət çəkəcək. Hər kəs öz vəzifəsini və komandada tutduğu mövqeyini itirməkdən ehtiyat edir”, - deyə mənbə bildirdi.

Məlumata görə, komanda üzvləri yaranmış vəziyyətdən çıxış yolu kimi müəyyən təkliflər səsləndiriblər. İlk olaraq ordu rəhbərliyində qarşıdurma barədə məlumatların, müxtəlif korrupsiya faktlarının ölkə mətbuatına çıxmasının, prosesin ictimailəşdirilməsinin qarşısını almağa səy göstərmək qərarı verilib.

“Bu həftədən etibarən məlumatların KİV-ə ötürülməsində iştirak edən mənbələrin zərərəsizləşdirilməsinə qərar verilib. Bu və digər məlumatı KİV-ə ötürən (və ya ötürmüş) mənbə - zabit dərhal cəzalandırılacaq”, - deyə mənbə bildirdi.

Araşdırmalara görə, əldə olunmuş bu “razılaşma” fakitik olaraq S.Əbiyev və N.Sadıxov tərəfdarları arasında növbəti “sülh razılaşması”nın əsas müddəasıdır.

Proseslə bağlı araşdırmalarımız davam edir. Əlavə məlumatlar verəcəyik…

  • Yazılıb
  • da (də) 2011 Sep 14