Tarix : 2011 Sep 14
Kod 25380

Azadlıq qəzeti: ''Misir Mərdanov işdən çıxarıldı? ''

Təhsil nazirinin sərəncamının artıq imzalandığı haqda xəbərlər yayılıb
well/Aran agentliyi

 

 

Təhsil nazirinin sərəncamının artıq imzalandığı haqda xəbərlər yayılıb

Etibarlı qaynaqlardan “Azadlıq”a sızan məlumata görə, təhsil naziri Misir Mərdanov işdən çıxarılıb. Daha dəqiqi, Mərdanovun tutduğu vəzifədən azad edilməsi haqda president sərəncamı artıq imzalanıb, sadəcə elan edilməsi qalıb. Məlumatda deyilir ki, sərəncam bu gün axşam oxunacaq.

Məlumatın nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz hələlik nəticə verməyib. Nazirliyin aparat rəhbəri İlham Pirməmmədov zənglərə cavab verməyib, mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin telefonuna isə zəng çatmır.

Azadlıq” dəqiqləşdirmə aparıb, əlavə məlumat verməyə çalışacaq.

azadlıq qəzeti

 

  • Yazılıb
  • da (də) 2011 Sep 14