Tarix : 2011 Sep 15
Kod 25385

''Onlara mane olacaq hər kəsi sıradan çıxarırlar''

Elçin Namazov: ''Hakimiyyət qanunsuzluqlarına və özbaşınalıqlarına maneə olacaq hər bir kəsi sıradan çıxartmaq istəyirlər''
well/Aran agentliyi

 

Vəkillər Kollegiyasının İntizam Komissiyası sentyabrın 14-də vəkil Elçin Namazovun məsələsinə baxılması barədə məlumat vermişdik.  Artıq bu gün kollegiyanın intizam komissiyasında Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin şikayəti haqlı hesab edilib. Bu barədə FaktXeber.com-a vəkil Elçin Namazov məlumat verib.

“İntizam Komissiyyasında daxil olan şikayət barədə araşdırılmadan qərar qəbul olundu. Mənə kollegiyadan bildirdilər ki, müsavatçılara qoşulduğuna görə sənin barəndə bu cür tədbirlər görülür. İntizam Komissiyasında rəy verdilər ki, mən vəkillik etikasını pozmuşam. İntizam Komissiyası mənim barəmdə qərara verilməsi üçün sənədləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərib. Artıq son qərarı onlar verəcəklər. Bu ölkənin hakim strukturu necədirsə, onun məhkəməsi və vəkillər kollegiyasıda o cürdür. Bunlar qanunsuzluqlarına və özbaşınalıqlarına  maneə olacaq hər bir kəsi sıradan çıxartmaq istəyirlər.”, - deyə Elçin Namazov bildirib.

Qeyd edək ki, E.Namazov ölkədə bir çox siyasi baxışına və fəaliyyətinə görə həbs olunan şəxslərin vəkilidir.  Bu günə qədər o, vəkillik fəaliyyətinə görə, bir neçə dəfə hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq olunub.

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2011 Sep 15