Tarix : 2011 Sep 15
Kod 25386

''İsrail-Türkiyə münasibətlərinin Azərbaycana təsiri ola bilməz''

Mixael Lavon Lotem İsrail-Türkiyə münasibətlərindəki gərginliyin Azərbaycanla əlaqələrə təsiri barədə şərh verib
well/Aran agentliyi

 

 

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem İsrail-Türkiyə münasibətlərindəki mövcud gərginliyin İsrail-Azərbaycan əlaqələrinə mümkün təsiri barədə ANS TV-yə şərh verib. Səfir bildirib ki, Azərbaycan və İsrail arasındakı münasibətlər məxsusi və möhkəm bünövrəyə əsaslanan strateji maraq və hədəflərə söykənir.

Mixail Lavon Lotem həmçinin bəyan edib ki, İsrail-Azərbaycan əlaqələri üçüncü tərəfin maraqlarının predmeti ola bilməz: "Azərbaycan və İsrail sıx tərəfdaşdırlar. Bizim münasibətlər müxtəlif layihə və fəaliyyət proqramlarını əhatə edir və bu münasibətlər heç bir üçüncü ölkə tərəfindən nizama alına bilməz. Bu gün bizim seçdiyimiz yol, hər bir ölkə ilə ayrı-ayrılıqdadır. Və eyni zamanda Azərbaycanla. Ölkə rəhbərlikləri arasında sıx və birbaşa təmaslar təsadüfi rəy müxtəlifliyini dəf etməyə imkan verir".

Səfir onu da vurğulayıb ki, İsrail Türkiyə ilə münasibətlərini düzəltmək əzminə malikdir.

"İsrail Türkiyə ilə münasibətlərini sahmana salmaqda qəti əzmə malikdir və Yaxın Şərqdəki siyasi vəziyyət bunu tələb etdiyinə görə mən nikbinəm. Mənim nikbinliyim yalnız maraq və ehtiyacların ortaqlığında deyil, habelə yəhudi və türklər arasında, Yaxın Şərqin aparıcı demokratiyaları olan İsrail ilə Türkiyənin tarixi əlaqələrinə söykənir", - İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem belə deyib.

Qeyd: Səfirin son cümləsində ki, "İsrail ilə Türkiyənin tarixi əlaqələrinə söykənir" ifadəsi absurddur. İsrail tarixi 1960-cı illərdə işğal etdiyi  Fələstin torpaqlarında dövlət qurub. Eyni ilə ermənilərin "Dağlıq Qarabağ"-ı iddia etdiyi kimi.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 15