Cəlilabad sakini, ruhani Həsən Məmmədov polisə müqavimət ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
well/Aran agentliyi
Həsən Məmmədovun vəkili Habil Bəhmənov çıxarılan hökmlə razılaşmayaraq apelyasiya məhkəməsinə müraciət edib.
Ruhaninin vəkili Habil Bəhmənov bildirib ki, "12 sentyabrda keçirilən apelyasiya məhkəməsində ruhani Həsən Məmmədova qarşı irəli sürülən 221-ci maddənin 3-cü bəndi qüvvədə qalıb, halbuki, bunun 221-ci maddənin 1-ci bəndi ilə əvəz olunması tövsiyə olunurdu. Belə ki, ötən məhkəmədə şahid və zərərçəkən qisimində dindirilən polis işçisi müttəhimin ona heç bir müqavimət göstərmədiyini bildirmişdi. Həsən Məmmədovun müqavimət göstərdiyini iddia edən digər 16 şahid isə məhkəmədə iştirak etməyib".
Qeyd edək ki, ruhani Həsən Məmmədov bu il yanvarın 25-də saxlanılıb.
islamazeri.az