Tarix : 2011 Sep 15
Kod 25389

Azərbaycanlıların yaratdığı “Zəhra Ana” dərnəyi Somaliyə yardım göndərir

Dərnək Türkiyədəki azərbaycanlılar tərəfindən yaradılıb
well/Aran agentliyi

 

İslamazeri.az-ın SalamNews-ə istinadən verdiyi xəbərə görə, Türkiyə azərbaycanlıları tərəfindən yaradılan və İstanbulda fəaliyyət göstərən “Zəhra Ana” yardım və həmrəylik dərnəyi Somaliyə göndərmək üçün topladığı ianələri bu gün yerli vaxtla saat 13:30-da “Qızılay”a təhvil verəcək.

2006-ci ildə könüllü qadınların bir yerə toplaşaraq yaratdığı “Zəhra Ana” dərnəyi indiyədək saysız-hesabsız yoxsul insana kömək edir.

Somalidə yaşanan aclıq və quraqlıq səbəbi ilə təqribən bir ay əvvəl yardım aksiyalarına başlayan dərnəyin səlahiyyətli şəxslər toplanan yardımları bu gün İstanbulun Böyükçəkməcə rayonunun Halkalı məhəlləsində “Qızılay”a təhvil verəcək.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 15