Tarix : 2011 Sep 15
Kod 25392

Yeni dərs ilində hicab qadağası genişlənir

Bir ildən çoxdur ki hicablı qızları vahid məktəbli geyim forması bəhanəsi ilə orta məktəblər buraxmırlar
well/Aran agentliyi

 

Bir ildən çoxdur ki hicablı qızları vahid məktəbli geyim forması bəhanəsi ilə orta məktəblər buraxmırlar. Yeni dərs ilinidə isə qadağalar genişlənib bütün siniflərdə tətbiq olunacaq. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, bu dərs ilindən etibarən vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunacaq: "Hər kəs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Digər geyimlərdə məktəbə gələn şagirdlərin dərslərdə iştirakına icazə verilməyəcək".

Z. Əliqızı deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün bu mövzu artıq qapanıb: "çünki mövqeyimiz dəyişməyəcək".

Qeyd edək ki, Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağası tətbiq olunduğdan sonra ölkəni etirazlar bürüdü. Hicab müdafiəçiləri təzyiq , təqibə və işgəncəyə məruz qalsalarda , Konstitusion hüquqlarından müdafiə edəcəklərini bildiriblər.

  • Yazılıb
  • da (də) 2011 Sep 15