Tarix : 2011 Sep 15
Kod 25393

İslam Dünyasındakı hazırkı dəyişikliklər aydın gələcəyin müjdəvericisidir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar:'' İslam Dünyasındakı hazırkı əzəmətli İslami hərəkətlər böyük bir dəyişiklik, habelə İslamın hakimiyyəti üçün bir müqəddimədir
well/Aran agentliyi

 

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar:" İslam Dünyasındakı hazırkı əzəmətli İslami hərəkətlər böyük bir dəyişiklik, habelə İslamın hakimiyyəti üçün bir müqəddimədir".

Çərşənbə axşamı günü ( 13 sentyabr) 5-ci Əhli-Beyt(ə.s.) Beynəlxalq Assambleyasının sessiyasında iştirak edən dini alimlər, ziyalıların habelə dünyanın müxtəlif ölkələrindəki İran İslam Respublikasının mədəni nümayəndələrinin o həzrətlə görüşündə bu sözləri söyləyən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Əhli-Beyt(ə.s.) davamçılarının potensialları, həmçinin Şiə Dünyası və İslam Ümməti qarşısındakı hədələri bəyan ediblər.

" Əhli-Beyt(ə.s.) davamçılarının mövqeyi İslami hərəkətləri himayə etməkdir" –deyə Həzrət Ayətullahül-üzma Xamenei qeyd ediblər.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə buyurublar:" Hazırda İslam ölkələrindəki gənclər öz amalları və arzularına çatmaq üçün maddiyyat məktəbinin yerinə İslam təlimlərinə diqqət yetirirlər və bu iftixar İran xalqının hərəkətinin bərəkətinə görə yaranıbdır".

Həzrət Ayətullahül-üzma Xamenei Misir, Tunis, Liviya, Bəhreyn və Yəməndəki son İslami hərəkətlərin İlahi lütflərdən olduğunu bildirərək belə əlavə ediblər:" Bizim mövqeyimiz bu hərəkətləri himayə etmək və onları gücləndirməkdir və ümid edirik ki, bu İslami hərəkətlər əsas düşmənlər, yəni sionistlər və Amerikanın istilasının tam şəkildə kəsilməsinə səbəb olsun".

İslam İnqilabının Böyük rəhbəri sonra belə vurğulayıblar:" Bu potensialların kənarında təhdidlər və zərərlər haqda da muğayat olmaq lazımdır ki, şiə və sünni xüsusiyyət təşkil etməklə müxtəlif İslami məzhəblər arasında ixtilafların yaradılması o cümlədəndir".

Şiə ilə sünni arasında ixtilafın yaradılmasının beynəlxalq siyasi motivlərlə həyata keçirilməsini bildirən Həzrət Ayətullahül-üzma Xamenei sonra belə əlavə ediblər:" Hegemonçuluq dünyası islamofobiya və siyasət kənarında şiəfobiya siyasətini də xüsusi formada davam etdirir ki, bu cəhdlər haqda tam şəkildə ayıq olmaq lazımdır".

Bəşərin ehtiyaclarına cavab vermək və yeni suallar qarşısında materializm məktəbinin məğlubiyyətə uğramasına işarə edən İslam İnqilabının Böyük Rəhəbəri sonra belə buyurublar:" Dini maarif, o cümlədən Əhli-Beyt(əs.) maarifi günün ehtiyaclarına uyğun olaraq, müsəlmanlar və qeyri-İslami cəmiyyətlərin ixtiyarına verilməlidir".

Böyük Rəhbər Əhli-Beyt(ə.s.) məktəbi davamçılarının İslam Ümməti arasında vəhdətin yaradılması üzrə möhkəm etiqadlarına təkid edərək, belə xatırladıblar:" İslam ümməti, xüsusilə şiələrin səadəti İslam ümmətində birliyin yaradılmasına bağlıdır".

Həzrət Ayətullahül-üzma Xamenei sonda belə vurğulayıblar:" İslam Dünyasındakı hazırkı dəyişikliklər aydın gələcəyin müjdəvericisidir və bu aydın gələcək və əzəmətli dəyişikliyin nişanələri özünü göstərməyə başlayıb".

  • Yazılıb
  • da (də) 2011 Sep 15