Tarix : 2011 Sep 16
Kod 25402

Təbrizin ən qədim qəzeti “Azadlıq beşiyi” milliləşəcək

Şərqi Azərbaycan mədəniyyət həftəsinin – Şəhrivər 1390 –başlanması ərəfəsində “Məhdi Azadi” (Azadlıq beşiyi) Mərkəzinin inkişaf layihəsinin icrasına başlanacaqdır
well/Aran agentliyi

 

 

“Arannews”in məlumatına əsasən, Şərqi Azərbaycan mədəniyyət həftəsinin – Şəhrivər 1390 –başlanması ərəfəsində “Məhdi Azadi” (Azadlıq beşiyi) Mərkəzinin inkişaf layihəsinin icrasına başlanacaqdır.

“Məhdi Azadi” qəzeti və azəri dilində nəşr olunan “Körpü” jurnalının beynəlxalq nəşriyyatının baş direktoru mühəndis Seyid Məsud Peyman qeyd olunan mövzu barədə məlumat verərək dedi: “Şəhrivər ayının son həftəsindən “Məhdi Azadi” qəzetinin çapı ilə eyni zamanda bu qəzet Tehranda digər mötəbər və geniş yayımlı nəşriyyatlar kimi öz fəaliyyətinə başlayacaqdır. Bununla da “Məhdi Azadi” qəzeti çapdan çıxdığı gün Tehran və ölkənin digər böyük şəhərlərində oxucuların ixtiyarında qoyulacaq və ən çoxu 24 saat müddətində ölkənin digər şəhərlərinə də paylanacaq. Qeyd edək ki, Şərqi Azərbaycan əyalətində qəzetin çapı və yayılması birbaşa “Məhdi Azadi” Mərkəzi tərəfindən Təbrizdə həyata keçiriləcək. Bunu da artırım ki, “Körpü” jurnalı da Təbrizdə hazırlandıqdan və çap olduqdan sonra eyni mexanizmlə ölkədə yayılacaqdır”.

Mühəndis Peyman əlavə etdi: “Bu layihənin icrası qəzetin yerinin Tehrana köçürülməsi demək deyil. Çap texnologiyasının irəliləyişindən və internet vasitəsindən istifadə etməklə, bu iş yerinə yetiriləcək və ən uzaq nöqtələrdə yaşayan oxucuların ixtiyarına vermək mümkün olacaq. Necə ki, bəzi irliləmiş ölkələrldə mötəbər qəzetlər belə yayımlanır və bizim ölkəmizdə də bir neçə qəzetin yayılmasında bu üsuldan istifadə edilir. Xoşbəxtlikdən “Məhdi Azadi” qəzeti 62 illik təcrübəyə malikdir və ölkənin ilk qeyri-hökumət qəzetidir ki, öz fəaliyyətini davam etdirir. Bu layihənin icrası ilə inşaallah, Şərqi Azərbaycan əyalətində KİV sahəsində böyük addım atılmış olacaq”.

  • Yazılıb
  • da (də) 2011 Sep 16