Tarix : 2011 Sep 15
Kod 25404

Dini qruplar dövlət tərəfindən dəstək istəyir

Son vaxtlar İlahi nəğmələr qrupunun fəaliyyəti sanki zəifləməyə doğru gedir
well/Aran agentliyi

 

Bəzi qruplar maliyyə problemləri ilə üzləşərək digər peşə ilə məşğul olmağa məhkum olublar. Bu cür yaradıcı insanların işlərini atıb digər işlərlə məşğul olmaları əlbəttə ki, təəssüf doğurur.  Amma buna baxmayaraq dini qrupların bəziləri bu problemlərə sinə gərərək fəaliyyətləri ilə məşğul olurlar. Oxuduğu toylardan qazandıqları az miqdarda pulu üst-üstə qoyaraq çətinliklə də olsa, yaradıcılıqla məşğul olurlar. Yeni mahnılar yazdırmağa nail ola bilirlər. Ümumiyyətlə, dini qrupların fəaliyyətinin hansı vəziyyətdə olmasını və digər məsələləri öyrənmək üçün Birlik.az saytı olaraq “Əhlibeyt Məddahları Qrupu”nun rəhbəri Hacı Yaşar Cahidlə əlaqə yaratdıq. Müsahibimiz hazırda dini qrupların fəaliyyətlərinin normal olmasını qeyd edərək dini toyların da artmasını qeyd etdi. “Dini qrupların fəaliyyəti normaldır. Dini toyların da sayı əvvəlki illərə nisbətən daha çox artıbdır. Sadəcə dini qrupların fəaliyyətinin işıqlandırılmamasına səbəb dini tədbirlərin keçirilməməsidir.”

Dövlət tərəfindən İlahi qruplara münasibət necə olmalıdır sualına cavab verən Hacı Yaşar bildirdi ki, İlahi qruplara dövlət tərəfindən dəstək olsa çox yaxşı olardı. “Dini qrupların fəaliyyətinə dövlət tərəfindən dəstəyin olması çox yaxşı olardı. Türkiyədə mindən çox dini qruplar vardır. Onların hər birinə efir imkanları yaradılır. Və bu özü-özlüyündə çox yaxşı bir hadisədir.”

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 15