Tarix : 2011 Sep 16
Kod 25419

Heç bir amil İran və Azərbaycanın qardaşlıq münasibətlərini poza bilməz

İran və Azərbaycan iki dost və qardaş ölkədir və heç bir amil bu qardaşlıq münasibətlərini poza bilməz
g/Aran agentliyi

 

Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər İranın Azərbaycanla sərhədində yerləşən Parsabad şəhərində çıxışında deyib.

"Biz Azərbaycanla qardaşlıq münasibətlərini və onun müstəqilliyini dəstəkləyirik. Sərhəd bölgələrində Azərbaycanla İranın əlaqələrinin möhkəmləndirilməsində və bütün sərhəd keçid məntəqələrinin fəaliyyətinin genişləndirilməsində maraqlıyıq", - İran Prezidenti bildirib.Əhmədinejad sentyabrın 14-də İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib.

Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edib. Səfər sabah başa çatacaq.

  • Yazılıb
  • da (də) 2011 Sep 16