Bakı, 15 sentyabr, SalamNews, K.Orxan. Azərbaycanın tanınmış ilahiyyatçıları “İslam sülh və vəhdət dinidir” mövzusunda toplantı keçiriblər
g/Aran agentliyi
SalamNews-un məlumatına görə, tədbirdə tanınmış ilahiyyatçılar və ölkənin müxtəlif bölgələrindən ruhanilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ilahiyyatçı Hacı Elçin Manafov İslam dininin ən əsas sifarişlərindən olan vəhdət mövzusu haqqında çıxış edib. O, müsəlmanları, xüsusən ruhaniləri bu gözəl amal uğrunda mübarizə aparmağa səsləyib.
Quran qiraəti ilə davam edən tədbirdə natiqlər “birliyin” mahiyyəti və cəmiyyət üçün faydasından söz açıblar.
Sonda qonaqlara ziyafət süfrəsi açılıb və belə tədbirlərin davamlı keçirilməsi barədə tövsiyələr verilib.