Məsəl var deyərlər ki, “tısbağa özü yolunu yeriyə bilmir, xalasını da dalına alır”
well/Aran agentliyi
Məsəl var deyərlər ki, “tısbağa özü yolunu yeriyə bilmir, xalasını da dalına alır”. Azərbaycanın bəzi “siyasətçiləri” də bu vəziyyətdədirlər. Özlərinə, yəni öz ölkəsinin dərdini aləm danışır, bunlar isə başqasına dil uzadır.
Təbii ki, ancaq dil uzada bilirlər , yəni demək istədiyim odur ki, ara qarışdırmaqda üzləri ağdı. Bu zavallıların əllərindən gələn iş ancaq bu qədərdir. Təkii pulumuz çox, vəzifəmiz uzun ömürlü olsun deyirlər. Onlar üçün nə fərqi hansı dinə və ya hansı millətə qulluq edirlər.
Danışdırsan müsəlmanam deyəcək, (bəziləri də varki müsəlman sözünə mənfi reaksiya verir. Yəni belələridə var ) amma bu bədbəxtlər İslam qanunu ilə idarə olunan dövlətə molla rejimi deyib, öz aləmlərində aşağılamaq istəyirlər. Bu siyasətçi adlandırılanların gülünc vəziyyətdə olduqları məlum idi. İndi isə İsrailin və Amerikanın sadiq qulları olduqları aşkardadır.
Bir zamanlar özünü meydanlarda vətənpərvər kimi göstərənlər, hakimiyyət dəyişən kimi, yəni sovet əsarətindən ayrılıb müstəqil dövlət olandan sonra bu qondarma vətənpərvərlər də vəzifə alan andan dəyişdilər. Xalqa şirin vədlər verənlər indi xalqın qarşısında yenə də artistlik edib öz istəklərininin dalınca düşüblər.
20 ildir Azərbaycanın işğalda olan torpaqlarına görə hardasa kim tərəfindənsə etiraz aksiyası və ya hansısa tədbir təşkil olunmayıb. Bu illər ərzində yurdundan qaçqın, köçkün düşmüş insanların hələ də yerləşdirilmədiyi bir halda, ölkədə işsizliyin baş alıb getdiyi vaxtda ölkənin “fəal” siyasətçiləri ölkə problemlərini bir kənara qoyub özgənin dərdini çəkirlər.
Quruyan gölün dərdindədirlər. Düşüblər əl-ayağa ki, ölkə rəhbərliyi günahkardı. Söhbət İran dövlətinin Urmu gölünə qarşı günahlandırılmasından gedir. İran düşmənləri də gölün qurumasından istifadə edib xalq arasında bəzilərini hökumət əleyhinə qaldırırlar.
Azərbaycanda uzun zamandır surən hicab qadağasına, hicabı müdafiə etdikləri üçün bohtanlanaraq həbs olunan dindarlara azadlıq tələbi məqsədilə təşkil olunan aksiyaların amansızcasına qarşısı alınır. İnsanlar polis tərəfindən döyülür, təhqir olunur, bəziləri də həbs olunurlar.
Onuda qeyd edim ki, aksiyalardan öncə ölkə möminləri qanunlara əməl edərək, İslami qaydalarla dövlət başçısına və müvafiq orqnlara hicab qadağasını ləğv etmək üçün müraciətlər etmişlər. Ancaq, nə yazıq ki, kimsə buna məhəl qoymadı və əksinə olaraq hazırlanmış hiylənin davam etməsinə şərait yaratdılar.
Ancaq, qəribə burasındadır ki, ölkədə haqq uğrunda aksiyalar təşkil olunanda icazə verilmir və hökumət adamları ilə qarşıdurmalar yaranır. Sakitliyin pozulması, qanunsuz aksiya adı altınada vətəndaşa vəhşicəsinə güc tətbiq olunur. Bəs o zaman son günlərdəki aksiyaları kimlər təşkil edir və dövlət tərəfindən də sakitliklə qarşılanır. Bu aksiyalarda döyülən, söyülən, həbs olunan yoxdur. Polisi ancaq kənarda müşahidəçi kimi görmək olar. Deməli sifarişlə hazırlanan aksiyalar icazəli sayılır.
Ona görə ki, bu aksiyalarda, “Qarabağın işğalda olan torpaqları”, “İşsizliyə, zülmə son”, “Ədalət istəyirik”, “Möminlərə azadlıq”, “Hicabımıza dəyməyin” və bu kimi azadlıq şüarlarını səsləndirmirlər. Belə aksiyalarda deyilən sözlər yalnız İsrailin və Amerikanın istəkləridir.
Hədəfdə də yalnız İran dövlətidir ki, bu böyük şeytanların İslam mərkəzinə gücləri çatmadığı üçün Azərbaycanın satın alına biləcək siyasətçilərindən istifadə edirlər.
İran dövlətinə qarşı aksiya təşkilatçılarından deputat Sabir Rüstəmxanlı 25-30 nəfər adamı hazırlayıb səfirlik qarşısında bir neçə saat saxlamaqla İrana etiraz aksiyası keçirdir. Sabir bəy ötən illərin aksiya həvəskarıdır. Onu anladıq ki, o illərdə əziyyət çəkdi indi deputatdır və Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Bəs indi niyə söykənib İran düşmənlərinə və müsəlman dövlətinə qarşı bu qədər kinlidir? İndi nə alacağı var ki, insanlıqdan keçib İslam düşmənlərinə dəstək olur?
Güney Azərbaycanda insanlar sülh şəraitində, əmin-amanlıq içərisində yaşayır, amma Bakıda qadın qul bazarları ayrı, kişi qul bazarları ayrı ünvanlarda fəaliyyət göstərir. Möminlərin haqqı tapdalanır. Neçə-neçə hicablı qızlar məktəbdən kənar qaldı. Həbslərdə azadlıq, ədalət qurbanları əziyyət çəkir. Şər qüvvələr Şiə məzhəbi içində fəsadlar törədir.
Saymaqla bitməyən dərdi olan bir ölkənin Sabir “bəy”i və onun kimiləri bir dəfə də olsun bu problemlərin həllinin gecikdiyini, insanların aldanmasını özlərinə narahatlıq bilmirlər. Ancaq, Amerikanın çaldığı havaya oynayırlar. Düşünmürlər ki, bu hava onların başını gicəlləndirib. Görmürlər ki, Qarabağ hadisələrindən sonra xalqı təzədən yalan məlumatları ilə müsəlman dövlətinə qarşı qaldıraraq uçuruma aparırlar.
Aydındır ki, xalqın taleyi belələrini maraqlandırmır. Sadəcə xalqın adından istifadə edirlər. Qardaş müsəlman dövlətinə qarşı səbəbsiz yerə ittihamlar irəli sürülər. Bəzilərini də öz çirkin əməllərinə bulaşdırırlar.
Sionistlərin muzduru Sabir “bəy” və onun kimiləri unutmasınlar ki, Azərbaycanın yetərincə dərdi var, həll olunması lazım olan problemləri var. Bu ölkənin işğalda olan torpağı, yurdsuz qalan qaçqını, torpağı, evi həsrətində əziyyətlər içində yaşayan insanları var. Azərbaycanın yazmaqla bitməyən dərdləri var ki, bunları yazarkən qələm də titrəyir.
IslamTimes