Tarix : 2011 Sep 17
Kod 25434

Azərbaycanda hicaba qadağaların tədbiqi təəssüfedici haldır – ACP

“Azərbaycan hakimiyyəti demokratiyanın inkişafı istiqamətində səy göstərmir”
well/Aran agentliyi

 

 

“Azərbaycan hakimiyyəti demokratiyanın inkişafı istiqamətində səy göstərmir”. Bunu SalamNews-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Nizami Məmmədov deyib.

O bildirib ki, vəziyyətin indiki kimi davam etməsi Azərbaycan xalqının hakimiyyətə qarşı inanmsızlığını artırır: "ACP bu kimi hallara qarşı mübarizə aparacaq. Bu ayın sonunadək ACP-nin Fəaliyyət Proqramı açıqlanacaq və proqramda partiyanın bütün fəaliyyət istiqamətləri əks olunacaq".

Bütün demokratik üsullardan istifadə edəcəklərini vurğulayan N.Məmmədov ABŞ Dövlət Departamentinin hicabı qadağa edən ölkələrlə bağlı yaydığı hesabatı da şərh edib: “Dünyada qəbul olunan standartlar var və hər bir ölkədə din azadlıq mövcud olmalıdır. Bu, Azərbaycan qanunlarında da yer alıb. Amma çox təəssüf olsun ki, Azərbaycan bəzi ölkələr kimi, hicaba qadağalar tədbiq edir. Bu, təəssüfedici haldır və hər bir vətəndaşın öz seçiminin qarşısını almaq deməkdir. Biz partiya olaraq bunu mənfi qiymətləndiririk”.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 17