Tarix : 2011 Sep 17
Kod 25435

Əhmədinejad: Azərbaycan xalqı və dövləti ilə qardaşlıq və səmimi əlaqələrə malikik

İran İslam Respublikası prezidenti vurğulayıb: Bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz çox səmimi və qardaşcasınadır və heç bir amil bu əlaqələrə zərbə vurulmasına bais ola bilməz
well/Aran agentliyi

 

İran İslam Respublikası prezidenti vurğulayıb: Bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz çox səmimi və qardaşcasınadır və heç bir amil bu əlaqələrə zərbə vurulmasına bais ola bilməz.

Doktor Mahmud Əhmədinejad Savalan telekanalı ilə Ərdəbil xalqı ilə söhbətlərinin davamında sonra deyib: Mənim özüm Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə səmimi və xüsusi əlaqələrim var və iki ölkə xalqı da köklü və möhkəm əlaqələrə malikdir.

İran prezidenti sonra deyib: Bəzi qeyri-məsul şəxslər tərəfindən bəzi fikir bildirmələr, əlaqəsiz sözlərdilər ki, əminəm ikitərəfli və dostluq münasibətlərinə təsir etməz və onlara çox da diqqət edilməməlidir.

Mahmud Əhmədinejad İranın həmişə Azərbaycan Respublikasını himayə etdiyini və bu ölkənin müstəqilliyini tanıdığını bildirərək, deyib: Azərbaycan Respublikası dövləti müstəqil olub və bu ölkə dövləti və xalqının inkişafı , çiçəklənməsi və yüksəlməsi bizim də sevincimizə səbəb olur.

İran İslam Respublikası prezidenti İranla Azərbaycan Respublikası arasındakı iqtisadi, mədəni və siyasi əlaqələrin daha artıq genişlənməsinə təkid edərək, deyib: Sərhəd məsələləri və hərəkətləri iki tərəfin razılığı ilə həyata keçirilməlidir və ümid edirik ki, bizim Azərbaycan Respublikasındakı qardaşlarımız yeni keçidlər və gömrük məntəqələrinin yaradılması sahəsində bizimlə daha artıq əməkdaşlıq etsinlər ki, iki xalqın əlaqələri hazırkı səviyyədən daha çox möhkəmlənsin.

Mahmud Əhmədinejad sonra deyib: İranın Nazirlər Kabinetinin Ərdəbil şəhərindəki ostan iclasında Muğan Biləsuvarında Azad Ticarət Zonasının yaradılmasını təsdiq etdik və bu layihə İranın İslam Şurası Məclisinin ratifikasiyası üçün məclisə göndəriləcək.

İran hökumət başçısının sözlərinə görə İran Azərbaycan Respublikasındakı qardaşlarının bu fürsətdən əlaqələrin genişləndirilməsi üçün münasib şəkildə istifadə edəcəklərinə ümid bəsləyir.

  • Yazılıb
  • da (də) 2011 Sep 17