İranla Azərbaycan Respublikası münasibətlərinin genişləndirilməsi üçün müxtəlif potensiallar mövcuddur
well/Aran agentliyi
İranın müdafiə naziri general Əhməd Vəhidi bu bəyanatla çıxış edib.
İSNA-nın verdiyi məlumata görə, İranın müdafiə naziri əlavə edib : İranla Az.R-nın sərhəd xətlərinə hakim kəsilmiş yaxşı təhlükəsizlik, həmçinin dinc yanaşı yaşama vəziyyətinin bərqərarı iki ölkənin hökumət rəsmilərinin münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsindən, eləcə də iki ölkənin sərhəd xidmət iqüvvələrinin ayıq sayıq olması və hazırlıq vəziyyətində olmasından mənşə alır.
Hökumət üzvləri ilə yanaşı Ərdəbil ostanında səfərdə olan nazir İran və Az.R-nın sərhəd postlarına baxış keçirərkən Ərdəbil ostanı sərhəd xidməti qüvvələrinin komandanlarının qarşısında deyib : Dini-mədəni, eləcə də tarixi ortaqlıqlar İranla Az.R əlaqələrinin genişləndirilməsi üçün müxtəlif şərait və imkanlar yaradıb.
İranın Azərbaycan R. ilə hərbi –müdafiə əlaqələrini konstruktiv və aparıcı dəyərləndirən general Vəhidi Vurğulayıb: Ümumilikdə bu əlaqələr imzalanmış sazişlər çərçivəsində günü-gündən genişlənməkdədir.