yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmır
well/Aran agentliyi
yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmır.
Hicab qadağası genişlənib və vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyiminə əsasən məktəbə gələn şagirdlərin dərslərdə iştirakına icazə verilmir".
Sentyabrın 15-də mülki geyimli şəxslər
Sumqayıt şəhər sakini İbrahim Əhmədzadəni saxlayaraq naməlum istiqamətə aparıb
FaktXeber.com-un verdiyi məlumata görə, səbəb isə Əhmədzadənin qızlarının hicablı olması olub. Ata 8 yaşlı qızını məktəbə aparırmış. Kiçik qızı da onların yanında imiş. Hər iki qız hicabda olub. Əhmədzadənin həyat yoldaşı deyib ki, bu günlərdə 33 saylı məktəbin direktoru ərinə uşaqların məktəbə hicabda gəlməməsi xəbərdarlığı edib.
Yeni dərs ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Misir Mərdanovun istefa xəbəri ilə gündəmdə qalıb. Belə ki İlham Əliyev Bakıda əsaslı təmir olunan və yenidən qurulan 6 saylı orta məktəbin açılışında iştirak edib. prezidenti müşayiət edənlər arasında təhsil naziri Misir Mərdanov olmayıb. son illərdə ilk dəfədir Bilik Günü təhsil naziri prezidentin iştirakı ilə keçirilən rəsmi tədbirdə görünməyib. 6 saylı orta məktəbdə təhsil nazirinin prezidentin yanında olmamasının səbəbinə Təhsil Nazirliyinin açıqlaması olmayıb.