Tarix : 2011 Sep 17
Kod 25440

Hicablı şagird məktəbə buraxılmadı

İkinci sinif şagirdi Ruqayə Əhmədzadə 15 sentyabr - Bilik günü oxuduğu Sumqayıt şəhər 33 saylı orta məktəbə buraxılmayıb
well/Aran agentliyi

 

Buna səbəb onun məktəbə hicabda getməsi olub. Məktəblinin anası Gülnarə Əhmədova bildirir ki, səhər saatlarında həyat yoldaşı Seyid İbrahim Əhmədzadə və iki azyaşlı uşağı ilə birlikdə evdən çıxarkən mülki geyimli şəxslər onları saxlayıblar. Həmin şəxslər Seyid İbrahimi zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar. Gülnarə Əhmədova gələnlərin polis olduğunu, ərinin polis idarəsinə aparıldığını ehtimal edir. O deyir ki, ərinə qarşı belə təzyiqlər əvvəllər də olub. Buna səbəb kimi isə həyat yoldaşının müxalifət fəalı olması və İctimai Palatanın mitinqlərində iştirak etməsini göstərir.Gülnarə Əhmədova bildirir ki, bir gün qabaq məktəbin direktoru Rübabə xanım İbrahim Əhmədzadəni xəbərdar edib ki, uşaq məktəbə hicabda gəlməsin. Bu səbəbdən də Obyektiv TV-yə müraciət etdiklərini deyən Əhmədova hüquqlarının pozulduğunu iddia edir.Günorta saatlarında Gülnarə Əhmədova qızını məktəbə aparsa da, Ruqayə hicablı olduğu üçün onu məktəbə buraxmayıblar. Məktəbin qapıçısı "direktor hicabla məktəbə daxil olmağa icazə vermir"-deyərək məktəbin giriş qapısını açmaqdan imtina edib.Məsələ ilə bağlı məktəbin direktorunun münasibətini öyrənmək üçün dəfələrlə müraciət etsək də, direktor açıqlama verməyib.

  • Yazılıb
  • da (də) 2011 Sep 17