Tarix : 2011 Sep 17
Kod 25441

Hicablı şagirdlər məktəbdən qovuldu

Masallı şəhərində hicablı şagirdlər məktəbdən qovulublar
well/Aran agentliyi

 

Masallı şəhərində hicablı şagirdlər məktəbdən qovulublar.

İslamazeri.az-a verilən məlumata görə, bu gün sentyabr ayının 16-sı Masallı şəhər 3 saylı orta məktəbində oxuyan hicablı şagirdlər direktor Fəxrəddin Talıbzadə tərəfindən məktəbdən qovulmuşlar.

Valideynlər direktordan nə üçün bu addımı atdığını soruşduqda, Fəxrəddin Talıbzadə deyib: "Yuxarıdan tapşırıq var, mən bunu etməyə məcburam, əgər bunu etməsəm MTN-nin Masallı rayon şöbəsinə məndən şikayət edəcəklər. Onlar da mənim atamı yandıracaq".

Xatırladaq ki, Masallı şəhər 4 saylı (digah) orta məktəbindədə bu hal yaşanmaqdadır. Masallı şəhər 2 aylı orta məktəbinin müəllim heyəti tərəfindən isə hicablı şagirdlərə oktyabr ayının 1- ə kimi vaxt verilib.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 17