Tarix : 2011 Sep 17
Kod 25454

HÖKUMƏT MÜƏLLİMLƏRƏ YÜKSƏK MAAŞ VERMƏYƏCƏK

Zərdüşt Əlizadə: ''Müəllimlərə yüksək maaşı Azərbaycan hökuməti heç vaxt verməz''
گ/Aran agentliyi

 

Zərdüşt bəy, bu yaxınlarda Misir Mərdanov dedi ki, müəllimlərə 2 min manat maaş vermək lazımdır. Bu nə qədər real fikirdir?
- Məncə, bu çox populist fikirdir. Azərbaycan gerçəkliyində 2 mini heç nazirlər də, deputatlar da almır. Müəllimlərə belə yüksək maaşı Azərbaycan hökuməti heç vaxt verməz. Bu pulların hara getdiyini hamı bilir. Yuxarıda oturanların cibinə sel kimi axır. Büdcə təşkilatlarında işləyənlərə çox cüzi maaş verilir. Ona görə nazir bu rəqəmi haradan götürüb anlamıram. Azərbaycanda yüksək işsizliyi nəzərə alsaq müəllim yerləri də boş deyil. Bir çox hallarda rüşvət alıb müəllim götürürlər. Hətta cüzi maaşa belə insanlar razıdır ki, işləsinlər.
- Nazirin “Heç kəs 200 manata görə əsəblərini korlayıb müəllim işləməz” fikrinə münasibətiniz necədir?
- Bəlkə də o düzünü deyir. Müəllimlər az maaş aldıqlarına görə öz işlərinə səhlənkar yanaşırlar. Maaş az olanda həyat uğrunda çarpışmağa məcburdurlar. Peşə səviyyəsini artırmaq üçün onlardan tələb olunan işləri görmürlər. Mədəniyyətlərini artırmırlar, öz sahələri üzrə dünyadakı müasir biliklərə yiyələnmirlər. Peşə qabiliyyətlərini artırmaq üçün lazım olan fənləri öyrənmirlər. Cənab nazir bütün bu acı faktları nəzərə alıb o sözü deyib ki, müəllimləri həvəsləndirsin.
- Bəs müəllimlər niyə nazirin bu fikrini dəstəkləmirlər?
- Müəllimlər nazirə dəstək vermək üçün gərək onların döyüşkən Həmkarlar İttifaqı olsun . Azərbaycanda isə Həmkarlar İttifaqlarına hakimiyyətə yaltaqlanan, qorxaq adamları qoyurlar, onlara müəyyən imtiyazlar verirlər. Onlar da öz həmrəylik borcunu yerinə yetirmirlər.
- Müəllimlərə hansı məbləğdə maaş vermək lazımdır ki, tam qane etsin?
- Azərbaycanda 1000 manata kifayət qədər təvazökar həyat tərzi sürmək olar. Eyni zamanda 1000 manat işə məsuliyyətlə yanaşmağa stimul verən maaşdır. 2000-ə çatmasa da 1000 manatı müəllimlərə ödəməyə dövlətimizin tam gücü çatar. Onda gərək bizim oliqarx nazirlərimiz az oğurlasınlar

  • Yazılıb
  • da (də) 2011 Sep 17