Tarix : 2011 Sep 18
Kod 25458

Raminsiz ötən bir ay...

Nə zamansa sənin haqqında yazı yazacağım ağlıma gəlməzdi
well/Aran agentliyi

 

Bəlkə də yazardım. Amma ya ad gününü təbrik eləmək üçün, ya da ki, səndən müsahibə alıb yazardım. Amma səndən uzaqda sənin haqqında yazmaq mənə çətin gəlir.

Artıq bir aydın səsini eşidə bilmirəm. Ancaq kiminsə vasitəsi ilə sözlərini duyuram. Hərdən sənin həbs olunduğuna inanmağım da gəlmir. Heç kimə pisliyin keçməyib. Həmişə ədaləti qorumusan əsl jurnalist kimi. Sənin kimi bir adamı hansı adla həbs edəcəkdilər deyə sual verirəm özüm-özümə? Amma deyəsən mən yanılmışam. Sənin də taleyində zindan varmış. Həmişə zindanda olanlardan yazırdın. İndi özün zindandasan və sənin barəndə yazıram.

Yadımdadır sonuncu dəfə səni gördüyüm. Elə namus məhbuslarının məhkəməsində qarşılaşdıq. Hal əhval tutduq səninlə. Gülə-gülə dedim ki, görəsən bizi də belə şərləyə bilərlər. Dedin ki, “yox e sən də day jurnalisti də yox da”. Demək jurnalisti də tutarmışlar. Özü də gülünc bir maddə ilə. Siqaret belə çəkməyən bir adamı narkotik ilə tuturlar. Sonra da aylıq maaşı ailəsini dolandırmağa belə güclə çatan bir adamın evindən silah da çıxarırlar.

Səni oruclu halda həbs etdilər. Ramazanı da zindanda keçirdin. Söz vermişdin ki, birlikdə iftar edəcəyik. Amma...

O gün vəkilnən bizə salam da göndərmisən. Çatdı. Amma təəssüf eləmə ki, bizimlə iftar edə bilmədin. İnşallah hələ qarşıda Allah ömür versə çox Ramazanları oruc tutub iftar edəcəyik.

Sənsiz keçən bir ay! Tez-tez sayta baxıram. İşləyir. Darıxma əzizim sənin davamçıların var. Sənin tutduğun pak yolun pak da davamı olacaq.

P.S. Səni tezliklə gözləyirəm. Mənə söz vermisən axı? Yadından çıxıb? Biir yerdə çay içəcəkdik özü də türk paxlavası ilə.  Səninlə sənin məhkəməndə deyil azadlıqda görüşmək ümidi ilə...

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 18