Niderland hökuməti bu geyimin holland mədəniyyəti və ənənələrinə zidd olduğunu düşünür
well/Aran agentliyi
Çadranı qadağan edən ölkələrin siyahısına daha bir ölkə əlavə edilib. Bu dəfə Niderlandda çadranın holland mədəniyyəti və ənənələrinə zidd olduğu əsas gətirilərək qadağa tədbiqi haqqında qərar qəbul edilib. Hökumətin açıqlamasında sifəti tam, yaxud qismən örtən geyimin ölkədə ictimai münasibətlərin xarakterinə uyğun gəlmədiyi deyilir. Holland hökumətinin fikrincə, çadranın qadağan edilməsi dini etiqad azadlığı məhdudlaşdırmır. Qeyd edək ki, bundan əvvəl Fransa və Belçikada da çadra qadağası tətbiq edilib. Cümə günü isə Fransada küçədə ibadət də yasaqlanıb./ans/ islamazeri.az