Tarix : 2011 Sep 18
Kod 25462

''İslami oyanışın əsas amili müsəlmanların mübarizə səhnəsində həqiqi iştirakıdır''

''İslami Oyanış'' adlı ilk iclas bu gün öz işinə start verdi. Bu iclas islam dünyasından 600, qeyri-müsəlman ölkələrdən 80 mütəfəkkirin iştirakı ilə bu gün işə başlayıb
well/Aran agentliyi

 

"İslami Oyanış" adlı ilk iclas bu gün öz işinə start verdi. Bu iclas islam dünyasından 600, qeyri-müsəlman ölkələrdən 80 mütəfəkkirin iştirakı ilə bu gün işə başlayıb. İclas İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin çıxışı ilə başlayıb.

İki günlük bu iclasın gündəmində islami oyanışın məfhumu, tarixi-prinsipial qaynaqları, yaradıcıları, axın və patologiyası, islami vəhdət cəbhəsi, islami oyanışın nəticələri və gələcəyi haqda mövzular olacaq.

Bu gün yüzlərlə alim və mütəfəkkirin iştirakı ilə keçirilən İslami Oyanış İclasının açılış mərasimində İslam İnqilabının Böyük Rəhbəri region və Afrikanın şimalında baş verən islami oyanışın əsas amilini müsəlmanların mübarizə və cihad səhnəsində həqiqi və fəal iştirakı olduğunu bildiriblər.

Həzrət Ayətullah Xamenei buyurublar: Bizi burada bir araya gətirən amil islami oyanışdır. Yəni hal-hazırda region müsəlmanları arasında ən böyük dirçəliş islami oyanışdır. Bu isə region və beynəlxalq fitnəkarlarının proqnozu ilə uyğun deyil.

Böyük Rəhbər milli kəramət, izzət, islam bayrağının dalğalanması, Amerika və Avropa istilası qarşısında müqavimət, qəsbkar, saxta sionist rejim dövləti ilə mübarizənin düşmənlərin xoşlanmadığı, bütün varlıqları ilə inkar etməyə çalışdıqları region inqilablarının mahiyyəti olduğunu vurğulayıblar.

"Lakin onların inkarı ilə heç nə dəyişmir" – deyə buyuran Ayətullah Xamenei söhbətinin davamında bu inqilabların mahiyyətinin bir xalq inqilabı olduğunu deyərək çıxışlarına belə davam ediblər: Əcnəbi qüvvələr var-gücləri ilə istibdadçı hakim və diktatorları qorumağa cəhd göstərdilər. Amma xalq qiyamları qarşısında heç bir iş görə bilmədiklərini gördükdə, himayələrini dayandırdılar. Liviya kimi bir yerdə isə NATO qaçılmaz ziyanlar yaratdı. NATO və Amerikanın hərbi müdaxiləsi olmasaydı, bəlkə də xalq bir az gec qələbə çalardı. Lakin bütün bunların əvəzində bu qədər infrastruktura zərər dəyməz, bu qədər günahsız qadın və uşaq həlak olmazdı. O zaman illər uzunu Qəddafi ilə əlbir olan düşmənlər müharibə görmüş məzlum bir ölkədə hərbi müdaxilə iddiası etməzdilər.

İslam İnqilabının Böyük Rəhbəri region ölkələrində baş verən inqilabların təhlükə və patologiyaları haqda buyurublar: Təhlükələrin mənşəyini onlarla rastlaşdıqda çaş-baş qalmayıb, əlac axtarmaqla zaman itirməmək üçün yaxından tanımaq lazımdır. Biz bu təhlükə ilə İslam İnqilabından sonra üzləşib, daha yaxından tanıyıb təcrübə etmişik.

Həzrət Ayətullah Xamenei xatırladıblar: Müstəqillik, azadlıq, ədalətsevərlik, hər hansı bir zülm və istismarçılığa təslim olmamaq, irqçilik və dini-məzhəbi ayrı-seçkiliyi qəbul etməmək, tamamilə aşkar surətdə sionist rejimin islam ölkələrindəki varlığı ilə razılaşmamaq kimi xüsusiyyətlərin hamısı islam və Qurandan qaynaqlanır.

Böyük Rəhbər islam ümmətinə dini, məzhəbi, irqi, qəbilə və digər bu kimi ixtilaflardan uzaq olmağı tövsiyə edərək qarşılıqlı anlaşmanı islam ümmətinin xilas yolu adlandırıblar.

Ayətullah Xamenei islami oyanış haqda danışmağı böyük inqilabların bağışladığı ,hiss olunan real bir həqiqət və düşmən cəbhəsindəki əsas amillərin süqutu və səhnələrin diktatorlardan boşalması kimi dəyərləndiriblər.

Biz bu təhlükə ilə İslam İnqilabından sonra üzləşmişdik.

  • Yazılıb
  • da (də) 2011 Sep 18