Tarix : 2011 Sep 18
Kod 25464

Şahid: SƏHƏR kanalına “səhər” baxmışam

Hicab qadağasına etirazlarına görə təqsirləndirilən islamçılar, dövlət tərəfindən təyin olunmuş vəkillərdən imtina edərək ərizə ilə əvvəlki müdafiəçiləri üçün müraciət ediblər
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında mühakimə olunan islamçıların dövlət tərəfindən təyin olunmuş vəkilləri onları müdafiə etmək yerinə ittihamları təsdiq etməyə çalışdığlarına görə, məhbuslar olnların vəkilliyindən imtina ediblər.

Hicab qadağasına etirazlarına görə təqsirləndirilən islamçılar, dövlət tərəfindən təyin olunmuş vəkillərdən imtina edərək ərizə ilə əvvəlki müdafiəçiləri üçün müraciət ediblər. İslam Partiyasının Astara şöbəsinin müdiri Ruhulla Axundzadə öz əvvəlki bütün vəkillərindən imtina edərək, yeni vəkili kimi Anar Qasımlını istəyib. Bunun müqabilində hakim Eldar İsmayılov bildirdi ki, qanuna görə təqsirləndirilən şəxslər arasında ziddiyyət varsa onların hər ikisini bir müdafiəçi müdafiə edə bilməz. Lakin bu günə kimi onların aralarında ziddiyyət görünmədiyi üçün qanunən buna icazə verilir.

Məhkəmə iclasında Əlihüseyn adlı şahid 2009-cu ildə qardaşının yasında seyid Fərəməz Abbasovu məclisi aparmaq üçün çağırdığını və onun da həmin hüzrdə hökumət əleyhinə çıxış etdiyini ittiham etmişdir.

Seyid Fərəməz Abbasov isə "Mən bütün 7 gündə məclisdə belə söhbətlər etmişəm?" deməklə şahidə sual vermişdir ki, bəs niyə hər gün çağırmırdın?

Şahid isə "O zaman mən çay paylayırdım. Mən silah-sursatla bağlı söz-söhbətə ancaq məndən soruşulandan sonra əhəmiyyət vermişəm" deməklə seyid Fərəməz Abbasova qarşı irəli sürdüyü iddianı əsaslandırmağa çalışıb.

Bu vaxt dövlət ittihamçısının şahidə söz oyrətməsini görən Ruhulla Axundzadə hakimə dövlət ittihamçısının yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdi. Hakim qəbul edəndən sonra dövlət ittihamçısı 1 stul uzaqlaşdı.

" Yas mərasiminin 5 günün hamısında Fəramiz Abbasov insanları təhrik edirdi?" sualını İslam Partiyasının sədri Hacı Möhsün Səmədov şahidə verəndə isə şahid iddia etmişdir : "Günortaya yaxın yemək vaxtı yaşlı insanlar olmurdu. Ancaq gənclər ətrafında toplaşanda belə söhbətlər gedirdi. Mən də ara-sıra çay gətirəndə görmüşdüm."

Hacı Möhsünün " Mən başa düşmürəm, necə olub ki, çayı aparıb-gətirəndə bu qədər «gizlin» söhbətin şahidi olubsan?" sualı isə cavabsız qaldı.

Şahidin sözlərində açıq təzad görən Firdovsi Məmmədrzayev isə şahidə xitabən demişdir : "Hüzr mərasimi 2 il əvvəl olubsa, necə olub ki, orda silah-sursat məsələləri, Hacı Mövsümün azad olunması barədə söhbətlər gedib?"

Şahidin sözlərində bu açıq təzada işarə zalda hazır olan insanların gülüşünə səbəb olmuçdur. Buna reaksiyada hakim kimin güldüyünü soruşdu. Zaldan «siz güldünüz, biz də güldük» dedilər.Hakim hirslənərək «məni şantaj edirsiz» deyə soruşdu.

Vəkil Məzahir Şahmarov isə demişdir : "Şahidin ifadəsində ziddiyyət var." Lakin hakim vəkilin bu sözünə qulaq asmadı.

Hal-şahidi qismində Məmmədov isə sadəcə İranın «Səhər» kanalında Astara sakini Ruhullanın çıxışına görə ifadə verməyə gəldiyini bildirdi.

O, Ruhulla Axundzadınin bu çıxışlar zamanı etnik məsələlər toxunduğunu bildirdi, talışların incidilməsi barədə faktların açıqlandığını iddia etdi.

Ruhullah Axundzadə isə cavabinda demışdir : "Mən əvvəldən vəsatət vermişəm ki, çıxışlar barədə sual verilməsin. Bu barədə 2010-cu ilin fevral-aprel ayında məni məsuliyyətə cəlb etmək istəyiblər. Lakin ekspertiza yoxlayandan sonra əsl həqiqət aydın olub. Və mənim haqqımda 281,1 maddəsi ilə qaldırılan cinayət işinə xitam verilib."

Vəkil Anar Qasımlı söruşmuşdur : "Çıxışlar harda olub?"

Şahid "Kompas», «Tribuna» verilişində" demişdir.

" Verilişə təxminən saat neçədə baxmısınız?" sualının qarşısında hakim verilişlərə hansı saat baxılmasına aid sualın mövzuya nə dəxli olduğunu soruşmuşdur! Ancaq şahidin "Səhər baxmışam" deməsi hər şeyə aydınlıq gətirdi.

Aİclasa növbəti şahid Hafiz Rəsulov da şahid Məmmədov kimi, «Səhər» kanalından Ruhullanın çıxışını izlədiyini və buna mənfi münasibət göstərdiyini bildirdi.

Son olaraq şahid qismində Asif Əsədullayev dəvət olundu. O da digər müəllim yoldaşları kimi R.Axundzadənin «Səhər» telekanalında çıxışını izlədiyini və bununla bağlı olaraq bərk qəzəbləndiyini bildirdi!

  • Yazılıb
  • da (də) 2011 Sep 18