Tarix : 2011 Sep 18
Kod 25465

Həbs olunmuş hicablı məktəblinin atası barə də yeni məlumat

Azərbaycan Respublikasında hicablı məktəblinin atası həbs olunub, özü də məktəbə buraxılmayıb
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında hicablı məktəblinin atası həbs olunub, özü də məktəbə buraxılmayıb.

Məktəblinin anası Gülnarə Əhmədova bildirir ki, səhər saatlarında həyat yoldaşı Seyid İbrahim Əhmədzadə və iki azyaşlı uşağı ilə birlikdə evdən çıxarkən mülki geyimli şəxslər onları saxlayıblar.

Həmin şəxslər Seyid İbrahimi zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar. Gülnarə Əhmədova gələnlərin polis olduğunu, ərinin polis idarəsinə aparıldığını ehtimal edir.

O deyir ki, ərinə qarşı belə təzyiqlər əvvəllər də olub. Buna səbəb kimi isə həyat yoldaşının müxalifət fəalı olması və İctimai Palatanın mitinqlərində iştirak etməsini göstərir.

Gülnarə Əhmədova bildirir ki, bir gün qabaq məktəbin direktoru Rübabə xanım İbrahim Əhmədzadəni xəbərdar edib ki, uşaq məktəbə hicabda gəlməsin.

Günorta saatlarında Gülnarə Əhmədova qızını məktəbə aparsa da, Ruqayə hicablı olduğu üçün onu məktəbə buraxmayıblar.

Məktəbin qapıçısı "direktor hicabla məktəbə daxil olmağa icazə vermir"-deyərək məktəbin giriş qapısını açmaqdan imtina edib. Məsələ ilə bağlı məktəbin direktorunun münasibətini öyrənmək üçün dəfələrlə müraciət etsək də, direktor açıqlama verməyib

  • Yazılıb
  • da (də) 2011 Sep 18