well/Aran agentliyi
Bu barədə Xətai Rayon məhkəməsi qərar çıxarıb.
Azadxeber.az saytının müxbirinin Xətai Rayon Məhkəməsindən verdiyi məlumata görə, bu gün saat 11:30 radələrində hicab məhbusu ilahiyyatçı, höccətul-islam Hacı Tale Bağırov Kamil oğlunun və Bərdə rayon sakini Abbasov Elşən Sərdar oğlunun məhkəməsi keçirilib.
May ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında həbs edilən ilahiyyatçı Hacı Tale Bağırovun və Abbasov Elşən Sərdar oğlunun məhkəmə prosesi istintaq müddətinin artırılması üçün keçirilib.
Xətai Rayon məhkəməsində hakim hər iki hicab məhbusları barəsində istintaq müddətinin daha 1 ay artırılmasına qərar verib.
İlahiyyatçının məhkəmə prosesini izləmək üçün dindarlar Xətai Rayon Məhkəməsinə gəlsələr də, proses qapalı şəkildə keçirildiyindən dindarlar məhkəmə zalına daxil ola bilməyiblər.
Amma məhkəmə bitdikdən sonra Ədliyyə Nazirliyinin əməkdaşları ilahiyyatçı Hacı Tale Bağırovu az yaşlı oğlu ilə görüşməsinə imkan veriblər.
Azadxeber.az