Tarix : 2011 Sep 18
Kod 25473

Dağıstanın “Nur” Mərkəzinin rəhbəri: İslam ziyalıları ABŞ-ın İslam ölkələrinə qarşı işğalıçılıq s...

Dağıstanın “Nur” İslami və İctimai Mərkəzinin rəhbəri dedi: “Müsəlman xalqların öyanışı ABŞ-ın siyasətlərini Orta Şərq və Fars körfəzində problemlə üzləşdirdi və meydanı onun üçün daraltdı
well/Aran agentliyi

Dağıstanın “Nur” İslami və İctimai Mərkəzinin rəhbəri dedi: “Müsəlman xalqların öyanışı ABŞ-ın siyasətlərini Orta Şərq və Fars körfəzində problemlə üzləşdirdi və meydanı onun üçün daraltdı”.

Arannews”in məlumatına əsasən, Nazim Zeynalov şənbə günü Moskvada İRNA-ya verdiyi müsahibəsində bildirib: “Şimali Afrika və Orta Şərq ərəb ölkələrində baş verən hadisələr ABŞ-a açıq-aşkar mesaj verir ki, İslam dünyası ABŞ və qərb ölkələrinin hökmranlığına bundan artıq icazə vermir”.

O, Misir və Tunusdə qərb tərəfdarları olan Hüsni Mübarək və bin Əlinin devrilməsinə, bu yaxınlarda Qəzzafinin hakimiyyət kürsüsündən endirilməsinə işarə edərək dedi: “Bütün bunlar ABŞ üçün bir xəbərdarlıqdır. Amma onlar yenə də yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar”.

Dağıstanın “Nur” İslami və İctimai Mərkəzinin rəhbəri qeyd etdi: “Müsəlmanlar bir çox ərəb ölkələrində, o cümlədən Bəhreyn, İordaniya və Səudiyyə Ərəbistanında zülmkar və diktatatorluq rejimindən cana doyublar. Bu ölkələrin rəhbərləri öz taxt-taclarını qorumaq üçün çobalayırlar”.

Nazim Zeynalov müsəlmanların hüquqlarını müdafiə etməyi bütün müsəlmanların, xüsusilə də İslam ölkələrinin vəzifəsi olduğunu bildirərək dedi: “Bəhreyn, və Səudiyyə Ərəbistanında müsəlmanlara zülm olmasına şahid olduğumuz surətdə rahat ola bilmərik”.

Rusiya müsəlmanları eksperti bunu da qeyd etdi: “Bəhreynin Manama və digər şəhərlərində bir neçə məscid dağıdılmışdır. Ali-xəlifənin ABŞ rejimi məscidlərə qarşı sionist rejimindən də pis rəftar edir”.

Nur” Mərkəzinin rəhbəri sözünə davam edib dedi: “Vəliyyi-əmri müslimin Ayətullah Xameneyinin buyurduğu kimi Bəhreyn məsələsi bütün müsəlmanların məsələsidir və buna hamı diqqət etməlidir. Nə qədər ki, bu ölkədə xalqa zülm olunur, İslam ümməti rahat ola biləməz”.

Nazim Zeynalov ABŞ və müttəfiqlərinin Bəhreyində Ali-xəlifənin cinayətləri qarşısında sükutunu onların Bəhreyn rejimi siyasətlərindən razı olmaları əlaməti adlandırıb dedi: “Əgər Ali-xəlifənin törətdiyi cinayətlərin onda biri digər bir ölkəldə baş versəydi, qərb ölkələri, xüsusilə də ABŞ və onlarla eyni siyasi əqidədə olan insan hüquqları təşkilatları insan hüquqlarının pozulması barədə hay-küy qaldırardılar. Amma Bəhreyn barədə susurlar”.

Rusiya müsəlmanları eksperti müsahibəsinin sonunda qeyd etdi: “Bu həssas bir zamanda İslam alimləri ABŞ-ın İslam ölkələrinə qarşı işğalıçılıq siyasətlərinin qarşısını almaqda bir-birləri ilə əməkdaşlıq etməli və islami oyanış nurunu gücləndirməlidirlər ki, müsəlmanlar ondan bəhrələnsinlər”.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 18