Tarix : 2011 Sep 18
Kod 25489

“Qarabağda müharibə neftin qiymətini kəskin artıracaq”

Beynəlxalq Analitika Mərkəzinin açıqladığı məruzədə belə deyilir
well/Aran agentliyi

Dağlıq Qarabağ problemi Cənubi Qafqazda təhlükəsizlik və stabilliyə birbaşa təhlükə yaradan amildir. ANS PRESS-in “Regnum” İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Oxford Analytica” Beynəlxalq Analitika Mərkəzinin açıqladığı məruzədə bildirilir.

Bununla yanaşı sənəddə qeyd olunur ki, hazırki vəziyyət Rusiya, Türkyə və ya İranın müdaxilə edəcyi təqdirdə sürətlə daha təhlükəli və qanlı münaqişəyə yol açacaq. Və bu, 2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında baş verən Rusiya-Gürcüstan müharibəsindən daha çox dağıdıcı nəticələr verə bilər.

Mərkəz ekspertlərin fikrincə, münaqişə zonasında qarşıdurmanın bərpası ilk növbədə Bakı-Tiflis-Ceyhan neft kəməri olmaqla enerji daşıyıcılarının nəqlini təhlükə altına qoyacaq. Məruzədə bildirilir ki, belə olan halda dünya bazarlarında neftin qiyməti kəskin şəkildə qalxacaq. Bundan əlavə, müharibə ABŞ-ın da hərbi tədarüklər üçün istifadə etdiyi Azərbaycan üzərindəki hava dəhlizini təhlükə altına qoyacaq. Nəhayət, irəli sürülən versiyaya görə, regionda mövqeyini gücləndirmək üçün münaqişəyə Moskva da müdaxilə edə bilər ki, bu da Gürcüstanı daha da təcrid vəziyyətinə salacaq.

ANS

  • Yazılıb
  • da (də) 2011 Sep 18