Tarix : 2011 Sep 18
Kod 25490

Misir Mərdanov işə çıxmır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bütün müavinləri işdən kənarlaşdırılan təhsil naziri Misir Mərdanov iki gündür ki, işə çıxmır
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bütün müavinləri işdən kənarlaşdırılan təhsil naziri Misir Mərdanov iki gündür ki, işə çıxmır.

Məktəblərdə hicab qadağasına görə, xalq nifrətini qazanan Təhsil Naziri barəsində bu məlumatı Bizim Yol qəzeti Təhsil Nazirliyindəki mənbələrə istinadən verib.

Məlumatda bildirilir ki, M. Mərdanovun səhhətində problemlərlər yaranıb. Nazirin şəkəri yüksəlib və ürəyində ağrılar baş qaldırıb. Nazir dünən günorta saatlarında müyainə üçün Mərkəzi Klinik Xəstəxanaya aparılıb.

Başqa bir mənbə bildirib ki, nazirdən bütün əmlakını, nəzarətində olan obyektləri təhvil verməsi tələb olunub. Əks təqdirdə həbs olunacağı, korrupsiyada ittiham ediləcəyi onun diqqətinə çatdırılıb. Düşdüyü ağır vəziyyətə M.Mərdanovun səhhəti tab gətirməyib.

Mənbə daha sonra bildirib ki, M.Mərdanovun vəzifədən uzaqlaşdırılacağı realdır.

Böyük ehtimalla 65 yaşı oktyabrın 3-də tamam olacaq nazir təqaüdə göndəriləcək.

Nazirin rəqibi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasadə də Misir Mərdanovun getməsinə işarə edən açıqlama verib. O, yaşı ötmüş şəxslərin vəzifələri ilə vidalaşmalarının vaxtının çatdığını deyib.

İnternet saytlarında fikir bildirən vətəndaşların Misir Mərdanov barəsində yazdığları şərhlər maraq doğurur.

Vətəndaşların şərhlərində oxuyuruq : "Ele bilirdi ki, ebedi yashayacaq, alinmadi. He ne oldu Merdanov, veziyyetin pisleshib? Hele bu harasidir, Hele pis veziyyet qabaqdadir. Ey memurlar baxin ibret goturun Xalqin haqqini yemeyin, vaxti chatanda sizin o milyonlariniz size hec bir komeyi olmayacaq."

Digər bir vətəndaş şərhində yazılıb : "Teesuf edirem ki,tehsilimiz berbad veziyyete salindiqdan sonra bu addim atilir.Hele cox memurlarimiz ishden uzaqlashdirilmalidir.Belke o zaman tehsilimizi yukselde bilerik.En azindan hicab meselesinin helinde calishmish olsa idi,ALLAH yaninda ne ise xeyirli bir ish gormush olardi.Umid edirem ki,tehsilimiz yukseler ve bu gun mekteb siniflerinde yerleri bosh qalmish hicabli balalarimiz yeniden derslerini berpa eder,sevinc hissleri ile addimlari mektebe dogru yoneler."

  • Yazılıb
  • da (də) 2011 Sep 18