''Təhsil ili başlanması ilə bəzi məktəblərdən hicablı şagirdlərə məhdudiyyət qoyulması ilə bağlı DEVAMM-a siqnallar daxil olmuşdur
well/Aran agentliyi
"Təhsil ili başlanması ilə bəzi məktəblərdən hicablı şagirdlərə məhdudiyyət qoyulması ilə bağlı DEVAMM-a siqnallar daxil olmuşdur. Bu problemin insanları mənəvi cəhətdən üzməsi ilə yanaşı, şagirdlərin bir qisminin tədris prosesindən faktiki olaraq kənarlaşdırılması baş verir."
Dəyərlərin məlimatına əsasən, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu yeni dərs ilinin başlaması ilə əlaqədar bunu bildirib.
DEVAMM sədri əlavə edib : " Məlum olduğu kimi, ölkəmizin qanunları həm dini etiqad azadlığını, həm də təhsil hüququnu birmənalı şəkildə təsbit edir. Belə olan təqdirdə, təhsil məmurlarınmın bu özbaşınalıqlarına hec cür haqq qazandırmaq olmaz".
DEVAMM sədri onu da qeyd etib ki, problemin köklü həlli üçün aparılmış "Yüzminlik müraciət" kampaniyası ilə bağlı gözləntilər mövcuddur: "Problemin müsbət həllinə ümidimiz böyükdür. Xoş məramla irəli sürülən bu təşəbbüsün dövlət başçısı tərəfindən müsbət qarşılanacağı ilə bağlı gözləntilərimiz var. Bu problemin qalması heç kəsə lazım deyil. Ümidvarıq ki, yüzminlərlə insanı narahat edən bu problem tezliklə bitəcək".
Hacı İlqar onu da bildirib ki, belə bir həssas məqamda, məsələnin köklü həlli ilə bağlı gözləntilərin yaşandığı bir dönəmdə, dini çevrədə hər kəsin üzərinə helmli, təmkinli və izzətli mövqedə olmaqla bağlı təhəddüdlər müəyyən olunur v dini kəsimdən gözləntimiz var ki, proseslərə helm, təmkin və izzətlə yanaşsınlar, belə bir həssas dönəmdə dediklərinin və etdiklərinin məsuliyyətinə varsınlar. Problemin həllinə nail olmağa çalışılmalıdır. Yalnız izzətlə, helmlə, təmkinlə, sistemli və rasional yanaşma ilə buna yetişmək olar. Bu problemin rəsmi səviyyədə həll edilməsinə səy edilməlidir".
Hacı İlqar bir daha vurğuladı ki, bu problemin qalması heç kəsə lazım deyil: "Sözsüz ki, problemin həllindən dövlətçiliyimiz yalnız udacaq. Axı məsələ tək konkret ailələrdə konkret balalarla çərçıvələnmir. Dindar kəsim hicab probleminin həllini - inanca olan sayğının təzahürü kimi gözləyir."
Səhər TV