Tarix : 2011 Sep 19
Kod 25496

AİP üzvləri və ruhanilərin növbəti məhkəməsi keçirilir

Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses saat 10-da başlayıb
well/Aran agentliyi

 

İslamazeri.az-ın verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir. Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses saat 10-da başlayıb.

Qeyd edək ki. hazırda məhkəmədə hal şahidlərinin və digər şahidlərin dindirilmə prosesi gedir. Bunda əvvəl, Hacı Mövsüm Səmədov, Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, Fəramiz Abbasov və Rufulla Axundzadənin işi ilə bağlı çahidlər ifadə verib. Bu gün AİP sədrinin müavini Vaqif Abdullayevin işi üzrə şahidlərin dindirilməsi gözlənilir.

Qeyd edək ki, Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar. Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib.Onlar polisə tabe olmamaqda təqsirli biliniblər.İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.İslamçilari müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.

  • Yazılıb
  • da (də) 2011 Sep 19