Tarix : 2011 Sep 19
Kod 25497

İslami oyanış islam və dünya mütəfəkkirlərini birləşdirən bir amildir

Şənbə günü(17 sentyabr) paytaxt Tehranda İslami Oyanış iclası işə başladı
well/Aran agentliyi

 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin verdiyi dəyərli və önəmli bəyanatları ilə başlanan konfrans Avropa, Amerika və İslam ölkələrini yüzlərlə mütəfəkkir və alim təmsil edirdi.

Ekspertlərə gəlincə bu konfrans islami oyanış ilə bağlı böyük hadisələr haqda fikir mübadiləsi aparmaq üçün mühüm bir amildir.

Müxbirimizin məlumatına görə Əli Əkbər Salehi bu gün bazar Tehranda İslami Oyanış mövzusunda keçirilən ilk beynəlxalq iclasda deyib: İran İslam Respublikası ölkələrin daxili məsələlərinə müdaxilə etmədən region xalqlarının müqəddəratın təyin və vətəndaşların hüquqlarına riayət olunmasında kollektiv iradəni rəsmən tanıyır və onu dəstəkləyir.

İranın xarici işlər naziri regionun müsəlman xalqların haqsevər tələbləri istiqamətində problemin yaradılması üçün bəzi xarici ölkələrin səyləri barəsində xəbərdarlıq edərək deyib: qərbə, xüsusilə ABŞ və sionist rejim müttəfiqlərinə qarşı olmaq ərəb ölkələrində xalq qiyamlarının mehvəridir və bu qiyamlar onların siyasətlərini zəiflədib.

Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ və sionist rejimin ərəb ölkələrindəki xalq qiyamlarından qəflətdə qaldıqlarına toxunan Əli Əkbər Salehi bildirib: İİR yeganə ölkə idi ki, belə prosesdən qəflətdə olmadı və region proseslərini nəzərə alaraq bu xalq qiyamlarının baş verəcəyini gözləyirdi.

"İslam dünyasının önəmli bölgələrində xalq hərəkatları regionun siyasi, ictimai və mədəni çərçivəsində yenilik ümidi verir və beynəlxalq quruluşda yeni proseslərin formalaşmasında ümidvericidir" -deyə İranın xarici işlər naziri bildirib.

Tehranda İslami Oyanış mövzusunda keçirilən ilk beynəlxalq iclasda böyük alimlər və mütəfəkkirlərin iştirakını alqışlayan Əli Əkbər Salehi əlavə edib: Bu iclasdakıların cari proseslərin mahiyyətinin düzgün şəkildə dərk olunması, xalq hərəkatlarının zərərlərin tanınması, islam ümmətinin düzgün tərəfə əzəmətli insani və mənəvi potensialın yönləndirilməsi istiqamətində iştirakı yüksək əhəmiyyət kəsb edir.

İranın xarici işlər naziri hazırkı xalq inqilablarının əsasən ABŞ və sionist rejim müttəfiqlərinin olduğu məkanlarda baş verdiyini və amerikalı-sionist mehvəri müttəfiqlərinin ən yaxın və uzun keçmişə malik olanların problemlə üzləşdiyini bəyan edərək deyib: Regionun son proseslərinin məğlub tərəfi tam məlumdur və bu məsələ barəsində özləri də etiraf edirlər.

Salehi söyləyib: İmperialist qüdrətlər neçə cəhətli strategiyada bir tərəfdən yeni örtüklər altında özlərinə bağlı amilləri nüfuz etdirmək vasitəsi ilə xalq inqilablarını müsadirə etmək ardıncadırlar, digər tərəfdən də daxili problem və hərəkatları idarə etmək üçün fürsət yaratmaq məqsədilə xalq hərəkatları olan digər ölkələrdə daxili qanlı toqquşmalar və süni böhranlar formalaşdırırlar.

İranın XİN başçısı xatırladıb: Regionda xalq hərəkətlərinin hazırkı vəziyyətdə keyfiyyət və həcm baxımından genişlənməsi islami mahiyyətlə və xalqların roluna söykənən yeni Yaxın Şərq habelə, bölgənin ABŞ və sionist rejimlə müttəfiqlikdən uzaqlaşması ümidini verir.

Ə.Salehi bildirib: İslam Respublikası Liviya xalqının misli görünməmiş cihadını qiymətləndirib və bu ölkənin xalqının iradəsi ilə eyni istiqamətdə öz müqəddəratını təyin etmədə öz səfirini Tripoliyə qaytarıb. Habelə bu istiqamətdə Misirlə münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün öz hazırlığını bildirir.

"Regionun yeni şəraitində, bizim arzu və ümidimiz budur ki, regionun dəyişməkdə olan ölkələri ilə ən gözəl münasibətlərə malik olaq. Təbii ki, bütün sahələrdə İran İslam Respublikasının dəyərli təcrübə və potensiallarını region xalqlarına təqdim edək" -deyə Salehi bildirib.

İranın xarici işlər naziri ümid edib ki, Tehranda İslami Oyanış mövzusunda ilk beynəlxalq iclas regionun inqilabçı xalqlarına yol xəritəsini göstərə bilər. Belə ki, bu vasitə ilə xalqlar öz hökumətlərini öz iradələri əsasında təyin edə bilərlər.

Cürətlə demək olar ki, ötən əsrin heç bir dekadasında İran xalqından başqa bir xalq beynəlxalq imperializm quruluşu qarşısında müqavimət göstərib haqlarını müdafiə etməyə nail olmamışdı.

Lakin hazırda vəziyyət tam başqadır. Çünki hazırda ərəb ölkələrində formalaşan islami oyanış dalğası beynəlxalq imperializm və Qərb dövlətlərinin bütün tarazlıqlarını alt-üst edib və sözü gedən qüvvələri çaş-baş qoyub.

Məntəqə xalqlarına gəlincə məntəqədə formalaşan islami oyanış dalğası İran İslam İnqilabının amallarını nümunə götürüb on görə də bu hərəkət uğurlu görülür . İran İsalm Respublikası quruluşunda İslam bayrağını ucaldılması və islami oyanış quruluşu yaratmaq qüdrətinin dirçəlməsi Qərb və Şərq blokunun hegemonçu dövlətlərini böhranlarla üzləşdirib və beləliklə zalım qüvvələrə qarşı mübarizə başqa bir mərhələyə daxil oldu. Belə ki, hazırda bu da islami oyanış amallarının özülü və təməlidir.

Bu səbəbdən Amerika Birləşmiş Ştatları və İslam ümmətinin düşmənləri bu inqilabların xalq inqilabları olduqlarını əhəmiyyətsiz göstərməyə cəhd göstərir. Halbuki, bu inqilablar islami oyanış mentalitetinin təşkilində əsas ünsür sayılır.

Qeyd edək ki, bir il bundan qabağa kimi ABŞ və NATO xalqın Misir, Tunis , Liviya , Bəhreyn və Yəməndəki inqilabçı hərəkətini inanmırdılar və bəlkə də onu iqtisadi və məişət tələblərinin istiqamətində olan müvəqqəti bir addım sayırdılar , lakin hazırda vəziyyət tam fərqlidir.

Hazırda regionda gedən hadisələri müdiriyyət etməklə xüsusilə də Liviyaya qarşı hərbi hücumlara digər bir yoldan şəraiti cilovlamağa cəhd göstərir ki, beləliklə özlərinin bu inqilabların qələbəsində müəyyən rola malik olduqlarını nümayiş etdirsinlər. Halbuki onların əsas məqsədi inqilabçı hərəkətlərə içəridən nüfuz etməkdir.

Mülayim metoddan istifadə etmək o cümlədən ABŞ və Qərbdən asılı ünsürləri hakimiyyət gətirmək və layiq quruluşlar çərçivəsində olan ssenarilərlə onları alternativləşdirmək o proqramlrdan sayılır ki, əsasən müdaxiləçi qüvvələr məntəqəyə istilanın dayandırılmaması xüsusilə də islami oyanış prosesində əsas cərəyanları kənarlaşdırmağı qarşıya məqsəd qoyublar.

Bu səbəbdən İranın xarici işlər naziri islami oyanışın nailiyyətlərinin qorunmasında fikir mübadiləsinin zəruriliyini vurğulayıb və artıq islami oyanış mahiyyəti və məntəqə xalqlarının qiyamlarının düzgün dərk edilməsində Tehran toplantısının rolunu önəmli dəyərləndirib.

  • Yazılıb
  • da (də) 2011 Sep 19