Ordu zabiti müdhiş prosesi faş etdi – yazır Musavat. “Ararat” sementinin kisələrini əsgərlərə dəyişdirtdirir, əvəzində ermənilərə kömür göndərirlər...
well/Aran agentliyi
Ordu zabiti müdhiş prosesi faş etdi – yazır Musavat. “Ararat” sementinin kisələrini əsgərlərə dəyişdirtdirir, əvəzində ermənilərə kömür göndərirlər...
Məlumat Naxşıvanda xidmət keçən bir zabitdən daxil olmuşdu. Kiçik rütbəli zabit şəxsi görgüsünə dayanaraq, iddia edirdi ki, Ermənistandan Naxçıvana sement ixracına başlanılıb. Bu prosesdə Naxçıvanın siyasi və hərbi elitasının da iştirak etdiyini, əslində düşmən ölkə ilə gizli biznes əlaqələrinin qurulduğunu söyləyən ordu zabiti bəzi təfsilatları da söyləmişdi.
Zabitimizin məlumatının birinci hissəsində iddia olunur ki, Ermənistanın “Multi Group” şirkətində istehsal olunan “Ararat” markalı sementlər İran üzərindən Naxçıvana daşınır. İlk öncə sözügedən şirkət haqqında internetdə araşırma apardıq. Məlum oldu ki, Ermənistanın “Multi Group” şirkəti 2000-ci ildən tikinti bazarında fəaliyyət göstərir. Tikinti materialları ilə yerli təlabatı ödəyən şirkət 2001-ci ildən məhsullarını MDB bazarına çıxarıb. “Ararat” sementlərinin ən çox idxal olunduğu ölkə isə Gürcüstanla Ukraynadır.
Zabitimiz görgüsü əsasında düşmən sementinin muxtar respublikaya daşınma trayektoriyasını anladır: “İrandan karqo ilə gətirilən tikinti materiallarının içərisindən üzərində ”Multi Group" “Ararat” yazılan sementlər seçilir, boşaldılır. Sonra sementi üzərində heç bir yazı olamayan boş kisələrə doldururlar". Məlumatı qəzetimizə verən zabitin sözlərinə görə, sement kisələrini daha sonra Naxçıvandakı tikinti materilları satılan bazara aparırlar: “Bu işin başında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun durduğu hər kəsə bəllidir; onun razılığı olmadan bunca böyük biznes əməliyyatını başqa kimsə həyata keçirə bilməzdi. Lakin burada Naxçıvanın hərbi elitasını da işə qatıblar. Bu iddiam da ona əsaslanır ki, sement kisələrinin dəyişdirilməsində, boşaldılmasında və daşınmasında əsgərlərdən istifadə olunur. Çünki əsgər əməyinə pul ödəmək lazım gəlmir...”
Prosesin davamı da var! Üzərinə “Ararat” yazılan boş sement kisələrinə kömür doldurularaq, Naxçıvandan Ermənistana göndərilir. Kömür isə Naxçıvan korpusunun qış yanacaq anbarından təmin edilir: “Onsuz da qışı olduqca sərt keçən Naxçıvanda postlara kömür əvəzinə odun verilir. Kömür isə düşmən ölkəyə satılır. Postlardakı əsgərlər qışda, qarlı havada yaxınlıqdakı kəndlərə enərək yandırmağa odun axtarırlar. Bəzən olub ki, camaat təzək yığıb əsgərlərə verib ki, soyuqdan donmasınlar”.