İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd məntəqəsi olan Culfada geyim mədəniyyəti sərgisi işə başlayıb
well/Aran agentliyi
İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd məntəqəsi olan Culfada geyim mədəniyyəti sərgisi işə başlayıb. Sərgi 17-22 sentyabr tarixində Araz mədəniyyət və ictimaiyyət, turizm qurumunun təşəbbüsü ilə keçirilir.
Sərginin məsulu Xanım Bəhari Səhər beynəlxalq şəbəkəsinə deyib: “Bu sərgidə 30 köşk fəaliyyət göstərəcək. Stendlərdə müxtəlif geyimlər, kitablarla tanış olmaq mümkün olacaq. Sərgidə hicabla bağlı ətraflı məlumat verən broşürlər, tanınmış şəxsiyyətlərin çıxışları ziyarətçilərin ixtiyarına veriləcək."
Xanım Bəhari deyib ki, sərgiyə xeyli zəhmət çəkilib və ümid olunur ki, sərgi məntəqə əhalisini İslami hicabın tarixi kökləri ilə bir daha tanış edəcək, onun fəlsəfə və zərurətini ortaya qoyacaq.