Tarix : 2011 Sep 20
Kod 25517

Beynəlxalq İslam Oyanışı sərgisində Hacı Əlikrəm Əliyev

AİP-in banisi mərhum Hacı Əlikrəm Əliyevin xatirə, şer və şəkilləri Beynəlxalq İslam Oyanışı sərgisində nümayiş etdiriləcək
well/Aran agentliyi

 

 “Arannews”in məlumatına əsasən, fotoqraflar köşkünün müdiri Rəsul Övliyazadə bu barədə məlumat verərək dedi: “Beynəlxalq İslam Oyanışı sərgisində Liviya, Misir, Tunis, Bəhreyn və Yəmənli fotoqrafların 200-dən çox fotoları nümayişə qoyulacaq.

Köşkün məsulu artıraraq dedi: “Sərgiyə qoyulacaq fotolar, sərginin katibliyinə göndərilmiş əsərlərin arasndan seçilmişdir”.

Göndərilmiş əsərləri kartpostal şəkilində hazırlayaraq, sərgiyə qatılanların ixtiyarında qoymaq fikrindəyik- deyə, köşkün müdiri bildirib.

İran Fotoqraflar Evinin məsulu fotoqraflar köşkünün İncəsənət Mərkəzi ilə razılaşmasına işarə edərək, dedi: “Ölkənin hər yerində bu sərgini izləmək mümkün olsun deyə, fotolar plakat formasında dərc olunaraq, dövlət orqan və təşkilatlarına veriləcək”.

Qeyd edək ki, bu beynəlxalq sərgidə Azərbaycan üçün də köşk ayrılmışdır və onun mövzularından biri də Azərbaycan İslam Partiyası banisi mərhum Hacı Əlikrəm Əliyevin xatirə, şer və şəkilləri olacaqdır.

Qeyd edək ki, Beynəlxalq İslam Oyanışı sərgisi İncəsənət Mərkəzinin himməti ilə Şəhrivərin 26-dan 30-unadək (Sentyabr 17-21) 5 gün müddətində keçiriləcəkdir.

  • Yazılıb
  • da (də) 2011 Sep 20