“Media forum” saytı “Şagirdlərin orta məktəbə hicabla daxil olmasına icazə verilməlidirmi” sualı ilə keçirdiyi internet sorğusunu yekunlaşdırıb
well/Aran agentliyi
“Media forum” saytı “Şagirdlərin orta məktəbə hicabla daxil olmasına icazə verilməlidirmi” sualı ilə keçirdiyi internet sorğusunu yekunlaşdırıb.
Sorğuda qoyulmuş suala iki cavab (hə, yox) variantından birini seçmək təklif olunub.
Ümumilikdə 350 dəfə səs verilmiş sorğuda səslər belə bölünüb:
Hə - 315 səs (90 faiz);
Yox - 35 səs (10 faiz).
Xatırladaq ki, Azərbaycanın orta məktəblərində vahid məktəbli forması tətbiq edilir və şagirdlərin təhsil müəssisəsinə hicabla daxil olmasına icazə verilmir.
“Media forum” saytı səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirir və xüsusi qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.
Sayt diqqətə çatdırır ki, bu sorğu nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadəsi yolverilməzdir.
"Media forum"